Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin IV Hesabat Konfransı keçirildi.

12 mart 2015 | 16:00

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Şəmkir  rayon Heydər Əliyev  Mərkəzində 217 nəfər nümayəndənin iştirak etdiyi konfransı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açıq elan etdi.
      Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət Himni səsləndirildi.
      Konfransın işində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirnin birinci  müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rəfayıl Gülməmmədov iştirak ediblər. Konfransda təşkilatı məsələlərə baxıldı. 25 nəfərdən ibarət YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, 13 nəfərdən ibarət İdarə Heyətinin  üzvü seçildi. Konfransda açıq  səsvermə yolu ilə İsmayılov Emin Həsən oğlu YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Allahverdiyeva Lamiyə Vaqif qızı və Rzayev Vüsal Maksim oğlu YAP Gənclər Birliyinin sədr müavinləri seçildilər.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının   prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Bununla da konfrans öz işini başa çatdırıb və dövlət Himni səsləndirilib.

Keçidlər