Şəmkirdə Gənc Həkimlər Birliyinin təşəbbüsü ilə sünnət aksiyası keçirilmişdir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Gənc Həkimlər Birliyinin təşəbbüsü ilə 3 günlük sünnət aksiyası keçirilmişdir.Keçirilmiş aksiyada uşaqlar ilkin olaraq yoxlamadan keçirilmiş və həkimlər tərəfindən əməliyyat olunmuşlar.
Aksiyanın ilk günü 17 uşaq, ikinci günü 27 uşaq, üçüncü günü ise 10 uşaq sünnət əməliyyatı olunub. Sünnət olunan uşaqlardan ən kiçiyi 9 aylıq, ən böyüyü isə 12 yaşında olub. Toplamda sünnət olunan 54 nəfər uşağın əməliyyatdan sonrakı vəziyyətləri mütəmadi olaraq həkimlər tərəfindən yoxlanılmış və evə buraxılmışlar.
Keçirilmiş sünnet aksiyasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov sünnət olan uşaqlara baş çəkmiş, aksiyanın gedişi ilə tanış olmuşdur.
Qeyd edək ki, sünnət olunan uşaqlar arasında heç bir problem yaranmamış və valideynlər bu aksiyanın təşkilinə görə aksiya təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.