Şəmkir rayon Aşağı Seyfəli kənd sakinləri ilə görüş keçirilmişdir.
11 mart 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov Aşağı Seyfəli kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Aşağı Seyfəli kənd sakinləri iştirak etmişlər. Görüşdə ilk öncə, Aşağı Seyfəli kənd tam orta məktəbin 6- cı sinfində tarix fənindən keçirilən açıq dərs dinlənilmiş və dərsin sonunda şagirdlərlə xatirə şəkili çəkilmişdir. Aşağı Seyfəli kənd tam orta məktəb binasının həyətində yaz əhval - ruhiyyəsiylə açıq havada keçirilən görüşdə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlamış və cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışmışdır.Daha sonra isə kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olunmuş və problemlərin həlli üçün adiyatı orqanlara tapşırıqlar verilmişdir. Keçirilmiş görüşdə kənd sakinləri və ağsaqqallar kənddə onlar üçün yaradılmış şəraitə görə başda cənab prezident İlham Əliyev və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirmişlər.