Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Çənlibel və Nərimanlı kənd sakinlərlə ilə görüş keçirilmişdir.

10 mart 2015 | 16:00

08-09 mart 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alipmaşa Məmmədovun iştirakı ilə   Çənlibel və Nərimanlı kənd  sakinləri  ilə görüş  keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri, Çənlibel və Nərimanlı   kənd sakinləri iştirak etmişlər.Görüşü  giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq bu kəndlərdə məskunlaşmış ailələr  qərbi Azərbaycandan (Ermənistan)qaçqın, Qarabağdan məcburi köçkün  düşmüş insanlar olduğunu bildirərək   Prezidentin apardığı uğurlu daxili və xarici siya¬səti, ölkə əhalisinə xüsusi ilə də qaçqın və məcburi köçkünlərə, eləcə də  aztəminatlı ailələrə göstərilən qayğını qeyd etdi və  cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən danışdı.

Görüş zamanı Alimpaşa Məmmədov kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli ilə əlaqədar adiyatı orqanlara tapşırıqlarını vermişdir.

Keçirilmiş görüşdə  kənd sakinləri və ağsaqqallar   kənddə onlar üçün yaradılmış şəraitə görə başda cənab prezident  İlham Əliyev və rayon rəhbərliyinə  bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər