Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti vətəndaş qəbulunu keçirdi

20 aprel 2022 | 16:00

Şəmkir RİH başçısı Rəşad Tağıyev tərəfindən istər vətəndaşlarla mütəmadi yerlərdə keçirilən görüşlər, istərsə də Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasındakı fərdi qəbullar qrafikə uyğun olaraq davam etdirilir.

Bu gün Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.

Qəbul zamanı icra başçısı bildirib ki, kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir.

Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.

Keçidlər