Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Qədimqala sakinləri ilə səyyar qəbul görüş keçirib

14 aprel 2022 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Qədimqala kəndinin sakinləri ilə səyyar qəbul-görüş keçirib.

Qəbulda RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rəşad Tağıyev sakinlərlə söhbətində ilk öncə xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar haqqında danışıb.

İcra başçısı daha sonra cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.

Sakinlər Şəmkir rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla RİH başçısına müraciət ediblər.

Daha sonra sakinlər fərdi şəkildə qəbul olunub, qaldırdıqları məsələlər müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

 

Keçidlər