Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə müsair standartlara uyğun növbəti məktəb binası tikilir.

14 aprel 2022 | 16:00

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğı respublikamızın hər yerində hiss olunur.

Dövlət başçısının qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi əhatə edir.

Şəmkir rayonunda da mərhələli şəkildə təhsil müəssisələri yenilənir, şagirdlərin rahat təhsil alması üçün imkanlar genişləndirilir.

Bu dəfə Coşqun Abdıyev adına Zəyəm Cırdaxan kənd 2 saylı tam orta məktəbin şagirdləri üçün yeni bina tikilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tikintisi davam edən məktəbdə görülən işlərlə maraqlanıb, yaradılan şəraitlə yaxından tanış olub.

İş icraçısı layihə barədə məlumat verərək bildirib ki, yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır.

432 şagird yerlik məktəb binasında kimya,  biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

Bundan başqa məktəbin həyətində içməli su anbarı, qazanxana da inşa edilir.

Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müsir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.

Keçidlər