İcra başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrə ciddi tapşırıqlar verdi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə cari il üçün təsdiq olunmuş birgə iş planına uyğun olaraq növbəti görüş keçirib.
İclasda təsdiq olunmuş birgə iş planına uyğun olaraq cari ilin üç ayı ərzində görülən işlər, qarşıya qoyulan məqsədlər, fəaliyyət planları müzakirə edilib.
Eyni zamanda rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin olunması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması də iclasın gündəliyinə daxil edilib.
Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirən Rəşad Tağıyev vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi, xüsusilə də şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da vacibliyini diqqətə şatdırıb.
Rəşad Tağıyev sonda kənd və qəsəbələrdə olan problemlərin tezliklə aradan qaldırılmasını tapşırıb.