Qaracəmirlidə sakinlərlə səyyar qəbul-görüş keçirildi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Qaracəmirli kəndində sakinlərlə səyyar görüş keçirib.
RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, müavinlər, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə icra başçısı Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
Rəşad Tağıyev qeyd edib ki, bu gün rayonun bütün yaşayış məntəqələrində sakinlərimizi narahat edən problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Məişət tullantısı problemi rayonumuzda uzun müddətdir müzakirə edilir və tullantıların idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir.
Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.