Şəmkir RİH başçısı vətəndaşların növbəti qəbulunu keçirib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Qəbula gələn sakinlərə bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu gün ölkəmizdə vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir.
Qeyd edək ki, qəbul zamanı vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsi üçün zəruri olan şərait yaradılır. Onların qaldırdıqları məsələlər diqqətlə araşdırılır və mövcud qanunvericilik çərçivəsində həll edilir.
Onu da bildirək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul olunurlar.