Şəmkirdə şəhid ailələri bayram günü ziyarət olundu
Şəmkir rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri evlərində ziyarət olunub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyev, RİH kollektivi, YAP Şəmkir rayon təşkilatı, rayonun hüquq-muhafizə orqanlarının rəhbərləri, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir Rayon Təhsil Şöbəsinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib, bayram sovqatları təqdim olunub.
Məlumat üçün bildirək ki, rayonumuzdan olan şəhid ailələrinin bəziləri Şəmkir rayonundan kənarda yaşayırlar və bayram günü onlar da unudulmayıb.
Belə ki, RİH əməkdaşları və dövlət qurumları tərəfindən onlar da evlərində ziyarət olunublar.
Bütün görüşlərdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, ailələrinin qayğıları ilə maraqlanılıb.