Rəşad Tağıyev vətəndaşları qəbul edib
Bu gün Şəmkir rayonunda Prezident cənab İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili xüsusi diqqət mərkəzində saxlanılır.
Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı icra başçısı bildirib ki, kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.