Təmiz Şəmkir naminə fəal olan hər kəsə TƏŞƏKKÜRÜMZÜ bildiririk!
Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyərlə birgə İş Planına uyğun olaraq İƏD-lər və bələdiyyələr tərəfindən rayonun bütün yaşayış məntəqələrində genişmiqyaslı təmizlik işləri aparılıb.
Təmizlik işləri çərçivəsində şəhər və qəsəbələrdə prospekt və küçələrin, magistral yolların ətrafı tullantılardan təmizlənib, ərazinin dezinfeksiyası, yol kənarlarına yığılan toz-torpağın təmizlənməsi həyata keçirilib.
Eyni zamanda bütün yaşayış məntəqələri üzrə əvvəlki illərdə mövcud olan yolların kənarında, su hövzələrinin ətrafında, yaşayış məntəqələrinə yaxın ərazilərdə olan tullantı poliqonları təmizlənərək bir qismi ekoloji tarazlığı pozmayacaq yerlərə artıq köçürülüb və bu işlər davam etdirilir.
Təmizlik çərçivəsində yaşayış məntəqələrinin mərkəzlərində və yol kənarlarında yerləşən ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Həmçinin rayon İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.
Şəmkir Rayon İcra Hakimiyyəti daxili təmizlik işlərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirdə fəal iştirak edən kommunal və digər qurumların əməkdaşlarına, həmçinin rayon İcra Hakimiyyətinin çağırışına qoşulan özəl sektor nümayəndələri və sakinlərimizə öz minnətdarlığını bildirir.