İcra başçısı Seyfəli kənd Şəhidlər Xiyabanını ziyarət edib, görülən işlərlə bağlı tapşırıqlar verib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Seyfəli kəndinin Şəhidlər Xiyabanında olub, şəhidlərin məzarlarını ziyarət edib.
Şəhid ailələrinin də iştirak etdiyi ziyarət zamanı icra başçısı kəndin Şəhidlər Xiyabanında görülən abadlıq işləri ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Rəşad Tağıyev yerli icra nümayəndələrinə bildirib ki, hər birimiz üçün ziyarətgah yeri olan Şəhidlər Xiyabanının ərazisi mütamadi diqqət mərkəzində saxlanılmalı, təzmizliyə xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda icra başçısı şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqətin daha da artırılmasını, Vətən uğrunda canını fəda edən qəhrəmanların ailələrinin problemlərinə diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra şəhid ailələrinin arzu və istəklərini dinləyən icra başçısı qaldırılan məsələlərin həll olunması üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.