İcra başçısı xanımları təbrik etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə RİH-də çalışan xanım əməkdaşları və könüllüləri təbrik edib.
Xanımlara can sağlığı, uzun ömür arzulayan icra başçısı bildirib ki, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Günümüzdə də kişilərlə çiyin-çiyinə çalışan qadınlar, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar və Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir.
İcra başçısı ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü və bu məsələnin hər zaman diqqətdə saxladığını vurğulayıb: “Çoxəsrlik ənənələrimizə sadiq qalan Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir. Cənab Prezidentin rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər hayata keçirilir”.
Görüşün sonunda qadınlara Şəmkir Rayon İcra Hakimiyyəti başçısının adından gül və bayram hədiyyələri təqdim edilib.
Xanımlar göstərilən diqqət üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.