Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirilib

04 mart 2022 | 16:00

Şəmkir Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə ölkəmizdə idmanın ildən-ilə inkişafından danışılıb.

Bildirilib ki,  Prezident cənab İlham Əliyevin diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.

Daha sonra Şəmkir Olimpiya İdman Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətiləkeçirilən yarışlara start verilib.

Şəmkir Gİİ UGİM-nin boks və taekvondo üzrə idmançıları güclüləri müəyyən ediblər.

Yarışda 67 nəfər yeniyetmə boksçu, 60 nəfər isə taekvondoçu iştirak ediblər.

Qaliblər medal və diplomla təltif olunub.

Keçidlər