Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev İsgəndərli kəndində sakinləri qəbul edib

04 mart 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə tez-tez rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir, vətəndaşların problemləri ilə yerində tanış olur.

Bu gün daha bir səyyar qəbul rayonun İsgəndərli kəndində keçirilib.

İdarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbulda çıxış edən icra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı ilə sakinlərlə yerində görüşülməsinin əhəmiyyət və faydalarında danışıb.

İcra başçısı eyni zamanda Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.

Daha sonra sakinlərin təklif və müraciətləri dinlənilib.

Vətəndaşlar tərəfindən kənddə olan müxtəlif problemlər qaldırılıb, bir neçə məsələ yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.

Keçidlər