Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin təsdiq olunmuş iş planına uyğun olaraq növbəti tapşırıqlar verildi

28 fevral 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələrin iştirakı ilə cari il üçün təsdiq olunmuş birgə iş planına uyğun olaraq növbəti görüş keçirilib.

Görüşdə ətraf mühitin mühafizəsi və təmizliyi, məişət tullantıları üçün xüsusi yerlərin ayrılması və bu işə nəzarət edilməsi, əhalinin vaksinasiya prosesinə cəlb olunması üçün maarifləndirmə işlərinin yüksək səviyyədə təşkili, ev təsərrüfatları kitablarının işlənməsi və.s məsələlər müzakirə olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, məişət tullantısı problemi rayonumuzda uzun müddətdir ki, müzakirə edilir. Bu problemin böyük hissəsi Şəmkir şəhərinin mərkəzi ərazilərində artıq müşahidə edilməsə də, ətraf kənd və qəsəbələrdə özünü qabarıq büruzə verir. Lakin məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir. Bu isə geniş mənada rayonun həm ekoloji vəziyyətini daha da yaxşılaşdıracaq, həm də rayonumuz daha da gözəlləşəcəkdir.

Görüşdə həmçinin aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin zəruriliyi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu sahədə yüksək keyfiyyətli işlər əldə etmək üçün yeni paliqonlar müəyyən edilməli və məişət tullantılarının daşınması işi günün tələblərinə uyğun qurulmalıdır.

Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirən RİH başçısı vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, nümayəndə və bələdiyyələri maraqlandıran suallar cavablandırılıb.Şəmkir Rayon İcra Hakimiyyəti, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələrin iştirakı ilə cari il üçün təsdiq olunmuş birgə iş planına uyğun olaraq növbəti görüş keçirilib.

Görüşdə ətraf mühitin mühafizəsi və təmizliyi, məişət tullantıları üçün xüsusi yerlərin ayrılması və bu işə nəzarət edilməsi, əhalinin vaksinasiya prosesinə cəlb olunması üçün maarifləndirmə işlərinin yüksək səviyyədə təşkili, ev təsərrüfatları kitablarının işlənməsi və.s məsələlər müzakirə olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, məişət tullantısı problemi rayonumuzda uzun müddətdir ki, müzakirə edilir. Bu problemin böyük hissəsi Şəmkir şəhərinin mərkəzi ərazilərində artıq müşahidə edilməsə də, ətraf kənd və qəsəbələrdə özünü qabarıq büruzə verir. Lakin məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir. Bu isə geniş mənada rayonun həm ekoloji vəziyyətini daha da yaxşılaşdıracaq, həm də rayonumuz daha da gözəlləşəcəkdir.

Görüşdə həmçinin aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin zəruriliyi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu sahədə yüksək keyfiyyətli işlər əldə etmək üçün yeni paliqonlar müəyyən edilməli və məişət tullantılarının daşınması işi günün tələblərinə uyğun qurulmalıdır.

Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirən RİH başçısı vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, nümayəndə və bələdiyyələri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər