Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

26 fevral 2022 | 16:00

Şəmkir rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, apratın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri əvvəlcə Şəmkir şəhərində Soyqırım Abidəsini və Şəhidlər Abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Daha sonra Şəmkir Gənclər Evində tədbir davam etdirilib.

Çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, 30 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər.

Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib: “Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib”.

İcra başçı bildirib ki, “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir.

Rəşad Tağıyev qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi: "44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi”.

Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsinin, məktəblər arasında keçirilən intellektual yarışın qaliblərinə RİH başçısı tərəfindən Sertifikatlar və hədiyyələr təqdim olunub.

Qaliblər isə aşağıdakı kimidir:

İnşa müsabiqəsi:
1-ci yer                                          Abbaszadə Yusif
2-ci yer                                          Məmmədova Mehriban
3-cü yer                                         Namazova Aytac

Rəsm müsabiqəsi:
1-ci yer                                         Axundova Aliyə, Mustafayeva Arzu
2-ci yer                                         Əliyeva Səkinə, Əhmədova Şəfa
3-cü yer                                        Musayeva Mələk, Bayramov Elmir

İntellektual yarışma:
1-ci yer
Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü lisey
2.-ci yer   
Fərman Salmanov adına tam orta məktəb
3-cü yer
Bəhlul Rüstəmov adına Dəllər Cəyir kənd tam orta məktəb

Tədbirin sonunda ağacəkmə aksiyası keçirilib.

Keçidlər