Şriftin ölçüsü :

Saytın rəngi :

Mart ayında bu yaşayış məntəqələrində Səyyar Qəbullar keçiriləcək

25 fevral 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mart ayı ərzində rayonun 4 yaşayış məntəqəsində sakinləri səyyar qəbul edəcək.

Əhalini narahat edən problemləri yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq üçün keçiriləcək səyyar qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinləniləcək, Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Mart ayında keçiriləcək səyyar qəbulların qrafiki aşağıdakı kimidir:

1) 03.03.2022 - İsgəndərli kəndi
2) 10.03.2022 - Yuxarı Seyfəli kəndi
3) 17.03.2022 - Dəllər qəsəbəsi
4) 30.03.2022 - Şiştəpə kəndi

QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.

Keçidlər