Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı Rəşad Tağıyev şəhid Babək Namazovun il mərasimində iştirak edib

21 fevral 2022 | 16:00

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq canını vətəninə qurban verən igid şəhidimiz Babək Namazovun il mərasimi keçirilib.

İl mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin sədri Sahibə Qafarovanın nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhid Babək Namazovun həm məzarı ziyarət olunub, həm də  əvvəllər yaşadığı ünvana gedilərək ailə üzvləri ilə görüşülüb.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

Rəşad Tağıyev anım mərasimində şəhidin yaxınlarına başsağlığı verərək onların gündəlik qayğı və probelemləri ilə maraqlanıb.

İcra başçısı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizi böyük Zəfərə qovuşdurdu. Bu gün cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da şəhid ailələri və qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqət göstərilir.

Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Keçidlər