Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı bu həftənin ikinci səyyar görüşünü Zəyəm qəsəbəsində keçirdi

18 fevral 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Zəyəm qəsəbəsində sakinlərlə görüş keçirib.

Görüşdə rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. 

İcra başçısı bildirib ki, Zəyəm qəsəbəsini ətraf kəndlərlə birləşdirən yolların müasir standartlara uyğun qurulması, qəsəbənin su problemini kökündən həll etmək üçün 3 ədəd subartezian quyusunun qazılması da görülən işlərin bir parçasıdır.

Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən  ən kiçik  problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.

Belə görüşlərin əsas məqsədinin sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayan icra başçısı  qaldırılan problemlərə yerində baxış keçirib, oradakı vəziyyətlə tanış olub.

Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin Şəmkir rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sarəncamına uyğun olaraq Zəyəm qəsəbəsi ərazisində qazılan subartezian quyularına da baxış keçirib.

Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.

Keçidlər