Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Zəyəm Texnologiyalar Parkında olub

17 fevral 2022 | 16:00

Prezident cənab İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib.

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır.
Belə müəssisələrdən biri də Şəmkir rayonunda yerləşən Zəyəm Texnalogiyalar Parkıdır.

Müəssisənin inkişaf konsepsiyası ölkənin ixrac potensialının artırılması yəni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi, milli brendlərin yaradılması, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Zəyəm Texnalogiyalar parkında olub, işlərin gedişatı ilə maraqlanıb.

Müəssisənin direktoru Elxan Hacıyev icra başçısına məlumat verərək bildirib ki, Zəyəm Texnologiyalar Parkı  müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri, metal körpü estakadalar, silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç və dörd gövdəli kotanlar, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar, ekskavatorlar, qreyderlər, buldozerlər) ehtiyat hissələri (vallar,oxlar,dişli çarxlar, muftalar, oymaqlar ) və s. istehsal edir.  Zəyəm Texnologiyalar Parkında  istehsal olun məhsullara daim nəzarət etmək üçün müasir standartlara cavab verən və ən müasir laboratoriya avadanlıqları ilə təchiz edilmişdir.

Elxan Hacıyev bildirib ki, müəssisənin əsas mühüm əhəmiyyətli yerli və regional layihələrdə uğurla iştirak etməklə yanaşı, beynəlxalq miqyaslı inşaat-tikinti bazarında da rəqabətə davamlı transmilli korporasiya kimi fəaliyyətini davam etdirmək və daha da genişləndirməkdir.

Müəssisə ilə yaxından tanış olan Rəşad Tağıyev bildirib ki, Şəmkir əhalisinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə belə sənaye parkının olması sevindirici haldır: "Bundan sonra da Zəyəm Texnologiyalar Parkının Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verməsi və bu istiqamətdəki fəaliyyətini tam gücüylə davam etdirməsini arzulayıram”.

Keçidlər