Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhər Əhməd Cavad adına mədəniyyət mərkəzində “Narkomaniyaya yox deyək!“ devizi altında tədbir keçirilmişdir.

19 fevral 2015 | 16:00

19 fevral 2015-ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!“ mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan  Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Qüdrət  Əliyev  Çıxışında  bildirib ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirirlər. Onlar bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulamışdır.
Sonra çıxış edən  Rayon Polis şöbəsinin rəis  müavini Yaşar Hüseynov tədbir iştirakçılarının nəzərinə çatdırmişdır ki, bugün bütün dünyanı bürüyən “ağ ölüm“ adlanan narkomaniya, sağlam gələcək nəsil anlayışının yox olmaq təhlükəsi ilə üzləşdirir. Narkomaniya insan həyatının amansız əzrayılı, insan mənəviyyatının məhvidir. Narkotik vasitələrdən istifadə edən insanlar anlamadırlar ki, onlar təkcə öz həyatlarını deyil, bir və ya bir neçə nəslin həyatını puç edirlər.
Sonda tədbirdə iştirak edən gənclərə birdaha müraciət olunaraq bildirildi ki, bucür qaranlıq mövzulardan hər zaman uzaq olsunlar çünki gənclər bizim gələcəyimizdir.

Keçidlər