Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Mobil Qruplar tərəfindən REYDLƏR davam edir

16 fevral 2022 | 16:00

Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir və yaşı 18-dən yuxarı olan vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulub.

Rayon icra hakimiyyətinin, Rayon Polis şöbəsinin və digər müvafiq qurumların əməkdaşlarından ibarət mobil qruplar iri ticarət mərkəzlərində, kafe və restoranlarda, digər qapalı məkanlarda müvafiq qaydalara sakinlərin əməl edib-etməmələrinə nəzarət etmək məqsədilə növbəti reyd keçirilib.

Reydlər zamanı sakinlər və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb, yeni qaydalar onlara izah olunub.

Məlumat üçün bir daha bildiririk ki, yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu (3-cü dozanı vurduranlar), immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

Bundan başqa, bu tarixdən etibarən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Keçidlər