Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şagirdlər dini radikalizmə qarşı mübarizə mövzusunda maarifləndirilib

16 fevral 2022 | 16:00

S.Məmmədov adına Zəyəm-Cırdaxan 1 saylı tam orta məktəbdə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib.

Tədbirdə Şəmkir RİH-in, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional Şöbəsinin Şəmkir rayon üzrə nümayəndəsi, rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin və rayon Təhsil Şöbəsinin  əməkdaşları, məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfransın məktəbdə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, ölkəmizdəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıblar.

Bildirilib ki, bu gün ölkəmizdə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğu vurğulanıb.

Sonda müəllim və şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Keçidlər