Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Kür qəsəbəsində keçirildi

16 fevral 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Kür qəsəbə sakinləri ilə görüş keçirib.

RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, müavinlər, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə sakinlərlə söhbət edən icra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.

Vətəndaşlar tərəfindən qəsəbədə olan müxtəlif problemlər qaldırılıb, bir neçə məsələ yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilib.
Rəşad Tağıyev sakinlər tərəfindən qaldırılan problemlərə yerində baxış keçirib, oradakı vəziyyətlə tanış olub.

Keçidlər