Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsm müsabiqəsi keçirilir- Son müraciət tarixi 22 fevral

14 fevral 2022 | 16:00

Şəmkirdə 1992-ci il fevralın 26-da ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımının 30-cu ildönümü ilə bağlı rəsm müsabiqəsinə start verildi.

Müsabiqə iki istiqamətdə müəyyənləşdirilmişdir:
I. V-XI sinif şagirdləri
II. 18-29 yaş arası gənclər arasında
“Xocalı-Gənclərin gözü ilə” adlı rəsm müsabiqəsində iştirak etmək istəyənlər əsərlərini fevralın 15-dən etibarən Şəmkir Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinə təhvil verə bilərlər.
SON MÜRACİƏT TARİXİ 22 FEVRALDIR.

Müsabiqənin nəticələri fevralın 26-da elan olunacaq, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Keçidlər