Şriftin ölçüsü :

Saytın rəngi :

Müsabiqənin I mərhələsinə yekun vuruldu-QALİBLƏR 26 FEVRALDA AÇIQLANACAQ

14 fevral 2022 | 16:00

26 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, “Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”.

Odur ki, sözügedən mətbuat konfransında Cənab Prezidentin nitqini əsas gətirərək, mövzu ətrafında inşa müsabiqəsinin keçirilməsi artıq “Xocalı soyqırımı” deyilən zaman həmişə kədərlənən, yas tutan xalq həmdə qürurlü və məğrur dayanacaq.

Şəmkir Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şəmkir rayon orta ümumtəhsil müəssisələrinin 5-9-cu sinif şagirdləri arasında “Xocalının qısasını döyüş meydanında aldıq” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.

Müsabiqənin artıq birinci mərhələsinə yekun vurulub.

Məlumat üçün bildirək ki, müsabiqə iki mərhələdən ibarətdir.

I mərhələdə məktəbdaxili müsabiqə keçirilir və 1 nəfər qalibin növbəti mərhələyə vəsiqə qazanır. II mərhələ isə  rayonda fəaliyyət göstərən 79 ümumtəhsil məktəbləri arasında keçirilir və rayon üzrə 3 nəfər qalib müəyyənləşdirilir.
Qaliblər hədiyyə və sertifikatla təltif olunacaqlar.

 

Keçidlər