Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə kənd təsərrüfatında qazanılan uğurlar, əldə olunan nəticələr

14 fevral 2022 | 16:00

Şəmkir Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Rayonda kənd təsərrüfatının əsas sahəsi isə əkinçilikdir. Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında keçirilən tədbirlər planına uyğun olaraq bu gün rayonumuzda əkinçiliyin inkişafına nail olmaq üçün məqsədyönlü işlər görülür.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq Şəmkir rayonu üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğının nəticəsi olaraq əkin sahələrində, həmçinin əldə olunmuş məhsulun miqdarında əvvəlki illə müqaisədə xeyli artım əldə olunmuşdur.

Belə ki, ötən il 14303 hektar dənli bitkilər (qarğıdalısız) sahəsindən 47274.2 ton  məhsul istehsal olunmuşdur. Biçilən sahənin 7886 hektarı buğda, 6307 hektarı  arpa qalan 110 hektarı isə vələmir olmuşdur. Cari ildə 27207 ton buğda 19804.1 ton arpa və 263.1 ton vələmir istehsal olunmuşdur.

2021-ci ildə 1680 hektar dən üçün qarğıdalı sahəsindən 11373.6 ton qarğıdalı istehsal olunmuşdur. Bundan başqa həmin il təkrar əkin kimi 380 hektar qarğıdalı sahəsindən 1654 ton məhsul əldə olunmuşdur. Cəmi il ərzində 13027.6 ton dən üçün qarğıdalı yığılmışdır. Bu il 87 hektar lobya sahəsindən 186.2 ton lobya yığılmışdır. Cari ildə 64 hektar soya əkilmiş sahəsindən 101.7 ton soya yığılmışdır.

Ötən il 1276.8 hektar sahədə cəmi texniki bitkilər əkilmişdir ki, bunun 935  hektarı dən üçün günəbaxan 299.8 hektarı şəkər çuğunduru, 40 hektarı yer fıstığı qalan 2 hektarı isə güldür. Əkilmiş 935 hektar dən üçün günəbaxan sahəsində 1692.1 ton məhsul yığılmışdır. Bundan başqa texniki bitkilər sırasına daxil olan 40 hektar yer fıstığı sahəsindən 60.4 ton məhsul istehsal olunmuşdur. Cari ildə 299.8 hektar şəkər çuğunduru əkilmiş sahədən 18901.6 ton məhsul əldə olunmuşdur.

2021-ci təsərrüfat ilində 13106 hektar sahədə kartof, bostan və tərəvəz (örtülü torpaqlarda əkilən tərəvəzdə daxil edilməklə) əkilmişdir. Əkilmiş 6562 hektar kartof  sahəsindən 177225.7  ton kartof, 102 ton bostan sahəsindən 2841.5 ton qarpız, 6442 hektar tərəvəz sahəsindən 308793 ton məhsul yığılmışdır. Tərəvəz əkilmiş 5296 hektarı açıq torpaqlarda, qalan 1146 hektarı örtülü torpaqlarda əkilmişdir. Açıq torpaqlarda  139537.2  ton, örtülü torpaqlardan isə 169255.8 ton tərəvəz yığılmışdır.

Rayonda  10603.0 hektar sahədə keçən illərdə əkilmiş çoxillik otlar (10085 hektar yonca və 518 hektar xaşa) sahəsindən 127556.6 ton quru ot toplanmışdır.Bundan başqa əhali təsərrüfatlarında olan 1801 hektar biçənək sahəsindən 7611.4 ton olmaqla cəmi 135168.0 ton quru ot toplanmışdır. 2021-ci ildə yeni salınmış 1079.5 hektar bağlar və giləmeyvələri də daxil etməklə 4480.4 hektar meyvə və giləmeyvə bağları mövcuddur. Mövcud sahənin 3212.6 hektar meyvə verən yaşda olan bağlardır. Həmin sahələrdən 78154.4 ton məhsul istehsal olunmuşdur.

Baxımsızlıq üzündən aqrar islahatlar dövründən  sonra rayonda mövcud üzüm bağlarının çox hissəsi qırılıb ləğv olsa da 560 hektar üzüm bağının 556 hektarı meyvə verən yaşdadır.Cari ildə həmin sahələrdən 7700.0 ton, əhali təsərrüfatlarında mövcud talvar üzümündən isə 25586.3 ton məhsul yığılmışdır. Rayon üzrə cəmi 33286.3 ton üzüm yığılmışdır.

Bitkiçilik məhsullarının yığımına dair ətraflı məlumatları aşağıdakı cədvəl şəklində göstərmək olar. Şəmkir rayonu üzrə bütün təsərrüfat kateqoriyaları üzrə 41119.8 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir.

Keçən illə müqaisədə əkin dövriyyəsi 453.9 hektar  və ya 1.1 % çoxdur. Ümumi əkin dövriyyəsinin 13423 hektarını və ya 32.6 %-i payızlıqların payına qalan 27696.8 hektarı və ya 67.4%-i və ya yazlıq bitkilərin payına düşür.

2021-ci ilin məhsulu üçün dənli və dənli paxlalıların əkin sahəsi 16134.0 hektardır. Bunun da 16.8 %-i və ya 2711 hektarı yazlıq dənli və dənli paxlalıların payına, qalan 13423 hektarı və ya 83.2%-i payızlıq dənlilərin payına düşür.

Ümumi əkin sahəsinin 16134.0 hektarı payızlıq, yazlıq dənli və dənli paxlalıların payına düşür.

24 dekabr 2021-ci il tarixə rayonda 24983 hektar sahədə şum aparılmışdır. Qaldırılmış şumun 13500 hektarında dən və yaşıl yem üçün payızlıqlar səpilmiş sahənin hamısı dən məqsədilə aparılmışdır. Payızlıq səpinin 8310 hektarında dən üçün buğda, qalan 5190 hektarı dən üçün arpa olmuşdur.

 

Keçidlər