Şəmkir idmançısı 125 kq-da gümüş medal qazandı - Azərbaycan çempionatı
Sərbəst güləş üzrə Azərbaycan çempionatında son 6 çəkidə qaliblər müəyyənləşib.
Yarışda Şəmkir rayonunu təmsil edən Məzahim Mərdanov 1/2 final mərhələsində Qazax idmançısı Xəlil Allahverdiyev üzərində 11:1 hesablı qələbə qazanaraq adını finala yazdıra bilib.
Finalda isə idmançımızın rəqibi Olimpsport klubunun yetirməsi Azay İsmayılov olub.
125 kq çəki dərəcəsində qızıl medal uğrunda gedən mübarizədə təmsilçimiz rəqibinə 4:3 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.
Beynəlxalq yarışlara Lisenziya qazandıran yarışda uğurlu nəticə əldə edən idmançımızı Şəmkir Rayon icra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından təbrik edir, yeni-yeni uğurlar əldə etməsini arzulayırıq.
125 kq
1/2 final: Xəlil Allahverdiyev (Qazax) - Məzahim Mərdanov (Şəmkir) 1:11
Final: Məzahim Mərdanov (Şəmkir) - Azay İsmayılov (Olimpsport) 3:4