Şəmkirdə SHXÇ üzrə Dövlət Xidməti işçilərinin peşə bayramını qeyd edilib
Şəmkir rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının onuncu ildönümü qeyd edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Rəşad Tağıyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb və Dövlət Xidmətinin rəhbərliyini, xidmətin bütün şəxsi heyətini təbrik edib.
İcra başçısı bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. Azərbaycan mühüm beynəlxalq tərəfdaşlıq platformalarına inteqrasiya etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də yaradılmasında əsas məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və üzərlərinə düşən məsul, şərəfli işdə uğurlar arzulayıram”.