Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir sakinləri Səyyar ASAN Avtobusun fəaliyyətini yüksək qiymətləndirir

11 fevral 2022 | 16:00

Fevral ayının 25-nə kimi rayonda olacaq "ASAN xidmət"in səyyar avtobusu Şəmkirlə yanaşı, ətraf rayonların da sakinlərinə xidmət göstərir. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak pensiya təyinatı şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, eləcə də dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi xidmətlərdən yararlana bilərlər.

Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.

Bu xidmətlər notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi aiddir.

“Səyyar ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Rayon sakinləri “Səyyar ASAN xidmət”in Şəmkir rayonuna gəlməsinə və yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Adil Əhmədov- sakin: “Sürücülük vəsiqəmi dəyişdirdim. Vaxtı bitmişdi. Çox asan oldu. Tovuza və yaxud da Gəncəyə getmək vaxt aparır. Çox sağ olsunlar, çox razı qaldıq”.

İslam Hüseynov- sakin: “Övladlarıma şəxsiyyət vəsiqəsi almağa gəlmişdim. 10 dəqiqəyə sənədlərimi qəbul etdilər və operativ həll etdilər”.

Qeyd edək ki, fevral ayının 1-dən başlayan Səyyar ASAN Avtobus xidməti aprel ayının 28-nə kimi Şəmkir sakinlərinə xidmət göstərəcək.

Keçidlər