Şəmkir şəhərində Abidə Komleksinin tikintisinin ikinci mərhələsi sürətlə davam edir
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə əldə etdi.
"Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdığımız Vətən müharibəsində igid Vətən oğulları qanları ilə əsl qəhrəmanlıq dastanı yazdılar.
Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı Şəmkir rayonunda da həmişə yüksək səviyyədədir.
Respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.
Bu gür hər bir rayon sakininin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin xatirəsinə ucaldılan Abidə Komleksi bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Şəmkir rayonundan olan Qarabağ müharibasi zamanı canını Vətən uğrunda qurban verən şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın xatirəsinə ucaldılan Abidə Kompleksinin ikinci mərhələsinin tikinti işləri sürətlə davam etməkdədir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev işlərin gedişatı ilə tanış olmaq üçün Abidə Komleksində olub.
İcra başçısına məlumat verilib ki, hazırda hündürlüyü 7.6 metr olan 8 guşəli ulduz təsvirinin üzərində ucaldılan Abidə Kompleksinin ətrafı genişləndirilir və şəhid ailələrinin istəyi nəzərə alınaraq, rayon üzrə 312 şəhidin foto və məlumatlarının əks olunduğu hissədə işlər sürətlə davam etdirilir.