Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Sarıtəpə kənd sakinlərlə ilə görüş keçirilmişdir.

18 fevral 2015 | 16:00

18 fevral 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı  cənab Alimpaşa Məmmədov Sarıtəpə kənd  sakinləri  ilə görüş  keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Sarltəpə  kənd sakinləri iştirak etmişlər.Görüşü  giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq  kənd sakinlərini salamlamış və cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışmış, kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir. Keçirilmiş görüşdə  kənd sakinləri və ağsaqqallar kənddə onlar üçün yaradılmış şəraitə görə başda cənab prezident İlham Əliyev və rayon rəhbərliyinə  bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər