Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı Rəşad Tağıyev çörək zavoduna baş çəkib

04 fevral 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir şəhərində inşa edilib.

2014–cü  ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan zavod 2.055 hektar ərazini əhatə edir.

Müasir texnologiyaların tətbiqinə əsaslanan "Çörəkçi" zavodunun yaradılması, istehsalçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları təmin etməyə imkan verir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev "Çörəkçi" zavoduna baş çəkib, işlərin gedişatı ilə yaxından tanış olub.

“Çörəkçi”nin direktoru Tural Hacıyev icra başçısına bildirilib ki, çörək və şirniyyat məhsulları bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edir.

Direktor qeyd edib ki, zavod tərəfindən gələcəkdə məhsulların növləri artırılmağı planlaşdırılır: "Gündəlik layihə gücü 60 ton olan zavodda prosesi tam avtomatlaşdırılıb. Zavodun gündəlik istehsal gücü 30 ton, illik isə 8500 tona yaxındır. Zavodda 4 növ çörək istehsalı xətti, qablaşdırma xətti, soyutma kameraları quraşdırılıb. Çörək xətləri Driem, MÇS, PXN, J4 xətləridir. Əsas məqsədimiz gələcəkdə şirniyyat çeşidlərini iki dəfə artırmaq, regional dağıtım işlərini daha da optimallaşdırmaqdır".
İcra başçısına məlumat verilib ki, zavodda 907.00 kv.m olan xammal anbar, hər birinin tutumu 25 ton olan dörd ədəd silo (unun istehsalda avtomatlaşdırılmış formada istifadəsi üçün) çənləri var. Eyni zamanda hazır məhsulun saxlanması üçün sahəsi 560.00 kv.m olan hazır məhsul anbarı mövcuddur. Zavodda 12 çeşiddə çörək, 10 çeşiddə isə şirniyyat istehsal olunur. Məhsullar əla növ buğda unundan hazırlanır və satış məntəqələrinə çatdırılır.

Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir: "Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir".

Yenicə istehsaldan çıxan isti un məmulatlarına baxış keçirən icra başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanır:"Bu siyasətin başlıca istiqamətlərindən biri isə ölkənin regionlarının tarazlı inkişafıdır. Bu inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir".

Keçidlər