Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Fəxrəddin Vəliyevə xidmətlərinə görə təşəkkür edib.

02 fevral 2022 | 16:00

Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Fəxrəddin Vəliyev də yenidən Yeni Azərbaycan Partiyasının Şəmkir Rayon təşkilatının sədri seçilib.

Nizamnaməyə uyğun olaraq Fəxrəddin Vəliyev bundan sonra xidmətlərinə Yeni Azərbaycan Partiyasının Şəmkir Rayon təşkilatının sədri kimi davam edəcək.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH başçısı Aparatının struktur rəhbərləri Fəxrəddin Vəliyevlə görüş keçiriblər.

Görüşdə Rəşad Tağıyev rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında uzun müddətli səmərəli fəaliyyətinə görə Fəxrəddin Vəliyevə təşəkkür edib, gənc kadrların onun təcrübəsindən yararlanmalı olduqlarını vurğulayıb.

İcra başçısı bildirib ki, F.Vəliyev müstəqilliyin ilk dövrlərindən Şəmkir rayonunda yüksək vəzifələr tutub və rayonun inkişafına hər zaman fədakar xidmətləri ilə töhfə verib.

İcra başçısı bundan sonrakı fəaliyyətində F.Vəliyevə uğurlar arzulayıb və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Fəxri Fərman” və hədiyyə təqdim edib.

Keçidlər