Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 2 fevral - Gənclər Günü qeyd olunub

02 fevral 2022 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdən əvvəl rayon gəncləri Şəmkir şəhərinin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir Heydər Əliyev Mərkəzində rayonun fəal gəncləri ilə görüş keçirib.

Gənclər Günü münasibətilə bütün Şəmkir gəncliyini təbrik edən icra başçısı çıxış edərək bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar”.

Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən bəhs edən Rəşad Tağıyev Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qarabağ Zəfərinin qazanılmasında, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolundan danışıb.

Gənclərlə işin Şəmkir RİH-də də əsas prioritetlərdən biri olduğunu diqqətə çatdıran icra başçısı gəncləri Vətənə, dövlətə və xalqa bağlı layiqli mütəxəssis kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.

Görüşdə iştirak edən gənclər arzu və təkliflərini bildirib, onlara yaradılan şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.

Görüşün sonunda gənclərə rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştiraklarına görə “Təşəkükrnamə”lər təqdim olunub.

Keçidlər