Yerlərdə səyyar görüşlərə başlanıldı - FOTOLAR
Fevral ayının 1-dən etibarən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun kənd və qəsəbələrində sakinlərlə görüş keçirəcək, müraciətləri yerində dinləyəcək.
İlk səyyar görüş rayonun Hacıallar kəndində keçirilib.
RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, müavinlər, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə sakinlərlə söhbət edən icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Vətəndaşlar tərəfindən kənddə olan müxtəlif problemlər qaldırılıb, bir neçə məsələ yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilib.
Rəşad Tağıyev sakinlər tərəfindən qaldırılan problemlərə yerində baxış keçirib, oradakı vəziyyətlə tanış olub.