Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni layihənin təqdimatı keçirildi, Şəmkirin su və kanalizasiya problemləri müzakirə olundu

28 yanvar 2022 | 16:00

Şəmkir şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə tikinti işləri davam etdirilir.

Şəhərdə yeni görüləcək işlərlə bağlı layihənin Şəmkir Rayon İcra Hakimiyyətində təqdimat mərasimi keçirilib.

Şəmkir RİH başçısı Rəşad Tağıyev, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov və podratçı təşkilatın nümayəndələrinin iştirak etdiyi təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon sakinlərinin su təchizatında yaranmış çətinlikləri barədə danışıb.

İcra başçısı məlumat üçün bildirib ki, bu gün Şəmkir şəhəri ilə yanaşı “Azərsu” ASC-nin xidmət göstərdiyi rayonun Çinarlı, Zəyəm, Kür, Dəllər qəsəbələrində, Təzəkənd, Tatarlı, Düyərli kəndlərində əhalinin içməli suya olan tələbatında çəntinliklər yaranır və problemlərin aradan qaldırılması üçün gələcəkdə həmin ərazilərdə layihələrin genişləndirilməsinə ehtiyac var.

Tədbirdə Sabirkənd, Könüllü, Şiştəpə, Hacıallar, İsgəndərli və digər kəndlərin su təchizatının, həmçinin ümumi istifadə üçün quraşdırlmış bulaqların, kəhrizlərin mövcud vəziyyəti və s. məsələlər də müzakirə edilib.

Daha sonra yeni layihə çərçivəsində görüləcək işlər haqqında danışılıb.

Rəşad Tağıyev podratçı təşkilata layihə başa çatdıqdan sonra, xüsusilə şəhərdaxili yollarda bərpa işlərinin keyfiyyətli aparılmasının vacibliyini bildirib.

Layihə və podratçı təşkilatın nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Layihənin təqdimatı çərçivəsində bildirib ki, layihə 45 minə yaxın əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Keçidlər