Şəmkirdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib.
Tədbirdə Şəmkir RİH-in əməkdaşı Ruhid Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional Şöbəsinin Şəmkir rayon üzrə nümayəndəsi Vüqar Əliyev , rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfransın məktəbdə keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, ölkəmizdəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıblar.
Bildirilib ki, bu gün ölkəmizdə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğu vurğulanıb.
Sonda müəllim və şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.