Rəşad Tağıyev növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev növbəti dəfə vətəndaşların qəbulunu keçirib.
Rəşad Tağıyev qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyərək qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Müraciətlər işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq məsələləri, qaz təchizatının yaxşılaşdırılması eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Qəbulda iştirak edən Şəmkir sakinləri dövlət başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, səmimi münasibətə görə icra başçısına minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
Onu da bildirək ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul olunurlar.