Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

20 yanvar 2022 | 16:00

Şəmkir rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.

Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Daha sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Xiyabanında Şəhidlər Abidəsini ziyarət edərək şəhidlərin məzarlarının üzərinə tər-çiçəklər düzüblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edərək bildirib ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Keçidlər