Şəmkir RİH-də 2022-ci ilin iş planı müzakirə edilib
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında 2022-ci ilədə görüləcək işlər, qarşıya qoyulan məqsədlər müzakirə edilib.
İclasda RİH başçısının müavinləri, şöbə müdirləri və tabeli qurumların rəhbərlərinin hesabatları dinlənilib, görüləcək işlərlə bağlı iş planları üzərində geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu diqqətə çatdıran RİH başçısı Rəşad Tağıyev bildirib ki, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər xüsusi nəzarətdə saxlanılmalı, rayonun inkişafı üçün tədbirlər planı vaxtında icra olunmalı və bu istiqamətdə aidiyyatı təşkilatlarla iş yüksək səviyyədə qurulmalıdır.
2022-ci ilin iş planları ətrafında geniş müzakirə aparıldığı iclasda aidiyyatı qurumlara da nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi tapşırılıb.