Şriftin ölçüsü :

Saytın rəngi :

Qılıncbəyli kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi

17 yanvar 2022 | 16:00

Şəmkir rayonunun Qılıncbəyli kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksi inşa edilib.

Kənd fəallarının dəstəyi ilə hazırlanan abidənin açılış mərasimi keçirilib.

Şəmkir RİH başçısı Rəşad Tağıyev, şəhid ailələri və kənd sakinləri iştirak etdiyi mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Rəşad Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığı,  xalqımızın Qarabağ həsrətinə son qoyduğunu qürur hissi ilə vurğulayıb.

Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Onların xatirəsini əbədiləşdirən hər bir abidə müqəddəs ziyarətgahdır.

İcra başçısı şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və xalqımızın doğma yurda qayıdışı istiqamətində zəruri tədbirlər görüldüyü diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür, kommunikasiya xətləri bərpa olunur, müasir standarlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında yeni layihələr icra edilir.

Tədbirdə çıxış edən şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər