Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun hesabat yığncağı keçirilmişdir.

12 fevral 2015 | 16:00

        12 fevral 2015-ci il tarixdə  Şəmkir şəhər Heydər Əliyev Mərkəzində,  2014-cü ilin sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin    başçısı cənab Alimpaşa Məmmədovun hesabat  yığıncağı keçirilmişdir.
İlk öncə   şəhər mərkəzində yerləşən Ümummilli  Lider Heydər Əliyevin  abidə kompleksinin  önünə gül dəstələri qoyulmuşdur.
Hesabat yığncağında Prezident Adminstrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatları Məlahət Həsənova və Sahibə Qafarova, İcra Hakimiyyəti  Başçısı  Aparatının məsul  işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədirləri, dairə və məntəqə seçki komisiyalıarının  sədrləri, sahibkarlar,  qeyri hökumət  təşkilatlarının nümayəndələri və mətbuat nümayəndələri olmaqla 243 nəfər iştirak etmişdir.
Hesabat yığıncağını  Şəmkir rayon İcra Hakimiyyətinin  Başçısı cənab Alimpaşa  Məmmədov  açaraq   yığncağı  açıq  elan  etmiş, yığncağın  üç nəfərdən ibarət   katibliyinin tərkibini  seçmiş və  hesabat məruzəsini  iştirakçıların   diqqətinə çatdırmışdır. Sonra  Milli Məclisin deputadları Məlahət Həsənova və Sahibə Qafarova, Prezident Adminstrasiyasının məsul işçisi Habil Əzənmədov məruzə ətrafında geniş çıxıslar etmişlər.

Məruzəsi

Hörmətli qonaqlar!
Hörmətli yığıncaq iştirakçıları!

Respublikamız Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursa uyğun olaraq dinamik inkişaf edir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir.
Dünyada baş verən müxtəlif proseslərə və iqtisadi böhrana baxmayaraq ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılmış, əhalinin maddi rifah halı yaxşılaşmış, dövlətimizin beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir.
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və regionda bütün məsələlər respublikamızın iştirakı və razılığı olmadan həll edilmir.
Ölkəmizin multikultarizmlə bağlı təcrübəsi bütün dünya dövlətlərinə nümunədir. 
Hər bir Azərbaycan vətəndaşını daima narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində 2014-cü ildə heç bir irəliləyiş olmamışdır. Ermənistanın işğalçılıq planlarından əl çəkməməsi, sülh istəməməsi və danışıqlar prosesini uzatması nəticəsində bölgədə sabitlik əldə olunmur.
Dünyanın aparıcı dövlətlərinin ikili münasibəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmələri məsələnin ədalətli həllinə imkan vermir.
Ermənistan silahlı qüvvələrinin keçən il bir neçə dəfə cəbhə xəttində açıq təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən layiqincə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali baş komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun potensialı keçən il daha da güclənmişdir. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır. Respublikamızda hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur.
Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkələrdən biridir. Davos Dünya İqtisadi Forumu hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülmüşdür.
2014-cü ildə ölkə iqtisadiyyatında 3 faiz artım əldə olunmuşdur. Qeyri-neft sektoru 7 faiz artmışdır.
Makro iqtisadi sabitliyin qorunub saxlanılması nəticəsində infilyasiya 1,4 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 4,8 faiz artmışdır.
Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyard dolları daxili, 11 milyard dolları isə xarici investisiyalar olmuşdur. Respublikamızın valyuta ehtiyatları 50 milyard dollar təşkil edir. 
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına, qonşu dövlətlərdə böhran yaşanmasına, həmin dövlətlərin milli pul vahidlərinin məzənnəsinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan manatının məzənnəsi qorunub saxlanılmışdır.
Ölkə üzrə əhalinin sosial durumu daima diqqət mərkəzində saxlanılmışdır. Respublikamızda orta aylıq əmək haqqı 565 dollara çatmışdır.
2014-cü ildə 123 min yeni iş yeri açılmışdır ki, onun da 100 mini daimi iş yeridir.
Ölkəmizdə işsizlik və yoxsulluq 5 faiz səviyyəsində qalmışdır.
Sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmiş, nəticədə il ərzində respublika əhalisinin sayı 116 min nəfər artaraq 9,6 milyon nəfərə çatmışdır.
Ötən il ölkəmizdə “Sənaye ili” olmuş, 230-dan çox sənaye müəssisəsi yaradılmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdirilmiş, Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının birinci hissəsi istismara verilmişdir. 
“Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu layihə XXI əsrin layihəsi adlandırılır.
2014-cü ildə respublikamızda 60-dan çox tibb müəssisəsi, 60 məktəb binası tikilib istifadəyə verilmişdir.
Kənd yollarının tikintisi davam etdirilmiş, qazlaşma və elektrik xətlərinin təmiri ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.
Meliorasiya ilə bağlı ən nəhəng layihələr olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılmışdır. Bu layihələrin davamı olaraq yeni kanalların çəkilişi davam etdirilir. Bu layihələr uyğun olaraq min hektarlarla əkin sahələri dövriyyəyə daxil ediləcəkdir. 
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev 2015-ci ili “Kənd Təsərrüfatı ili” elan etmişdir. Bu il kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması, ölkədə müasir aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlər daha da gücləndiriləcəkdir.
Ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilmiş, vətəndaşların rahatlığını təmin etmək və cəmiyyətimizdə xoşagəlməz halların aradan qaldırılması məqsədilə “Asan Xidmət” mərkəzləri açılmışdır. İndiyədək respublikamızda 7 “Asan Xidmət” mərkəzi yaradılmışdır. Son iki il ərzində bu xidmətə 3 milyon 500 min müraciət olmuşdur. Bu xidmət vətəndaşlara yenilik, rahatlıq gətirməklə yanaşı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə ciddi dönüş yaratmışdır.
Respublikamızda birinci Avropa Oyunlarına hazırlıq işləri sürətlə davam etdirilir. Bakı şəhərində keçiriləcək bu möhtəşəm idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək üçün bütün zəruri tədbirlər görülür.
Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit olması bu möhtəşəm idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə imkan verəcəkdir.
Ölkəmiz 2015-ci ilə uğurla qədəm qoymuşdur. Dünya bazarında neftin qiymətinin düşməsi, iqtisadi böhran Azərbaycanın inkişafına təsir etməyəcəkdir. Çünki, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı xalqımızın gələcəyi naminə bütün tədbirlər ölkəmizdə elmi cəhətdən əsaslandırılmış proqramlar üzrə davam etdirilir.
2015-ci ildə Respublikamızın bütün dövlət strukturları öz fəaliyyətlərini yeni şəraitə uyğunlaşdırmalı, israfçılığa yol verməməlidir. Eyni zamanda hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli və dövlət büdcəsindən ayrılan vəsait qənaətlə və səmərəli şəkildə istifadə olunmalıdır.
Biz inanırıq ki, Azərbaycan Respublikası 2015-ci ili də Azərbaycan Respublika­sı­nın möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla başa vuracaqdır.

Hörmətli yığıncaq iştirakçıları!

Bilidiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ilin noyabr ayının 15-də Şəmkir rayonuna səfər etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin gün son illər respublikamızda həyata keçirilən ən böyük layihələrdən biri olan Şəmkirçay su anbarının, su elektrik stansiyasının və magistral su kanallarının açılışını etmişdir.
Daha sonra Şəmkir şəhərində çörək zavodunun, Şəmkir hərbi birləşməsinin qərargah binasının açılışında iştirak etmiş və “Şəmkir Aqroparkı”nın təməlini qoymuşdur.
Şəmkirçay su anbarı qeyri-neft sektorunda həyata keçirilən ikinci ən böyük investisiya layihəsidir.
Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi 156,3 milyon kubmetrdir. Bəndin nüvə hissəsindən hündürlüyü 196 metrdir.
Şəmkirçay su anbarının istifadəyə verilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 54 min 248 hektar sahənin su təminatı yaxşılaşdırılacaq, 17 min 147 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək.
Şəmkirçay su anbarından Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su veriləcəkdir.
Şəmkirçay su anbarında istifadəyə verilmiş su elektrik stansiyasının gücü 25 meqavatdır. Həmin stansiyada ildə 56 milyon kilovat elektrik enerjisi istehsal ediləcəkdir.
Şəmkirçay su anbarının açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir:
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz bu gün Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu münasibətlə sizin hamınızı təbrik edirəm.
Beş il əvvəl biz burada bu nəhəng infrastruktur obyektinin təməl daşını qoyduq. Beş il ərzində çox gərgin iş aparılıb. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir.
Suvarma, meliorasiya, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər. Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir.
Ancaq buna baxmayaraq Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır.
Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq.
Mən bu gözəl gündə bu nəhəng infrastruktur obyektinin tikintisində iştirak etmiş bütün dostlara, yoldaşlara bir daha minnətdarlığımı bildirirəm.
Bütün Azərbaycan xalqını Şəmkirçay su anbarı kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm”.
Respublikamızda ilk dəfə Şəmkir rayonunda 543 hektar sahədə yaradılacaq aqroparkda müasir istixana kompleksi, ştillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, loqistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.
Respublikamızın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodu Şəmkir şəhərində inşa olunmuşdur. Dəyəri 20,5 milyon manat, ərazisi 2,8 hektar olan çörək zavodunda “Nəfis çörək” brendi altında 15 növ çörək məhsulları istehsal olunacaq.
İstifadəyə verilmiş və təməli qoyulmuş bu obyektlər Şəmkir rayonunda kənd təsərrüfatının inkişafında, əhalinin maddi rifahının yaxşılaşmasında mühüm rol oynayacaqdır.
İcazə verin, Şəmkir rayonuna göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün şəmkirlilərin dərin ehtiramını və minnətdarlığını bildirim.
Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonunda 2014-cü ildə bütün sahələrdə nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında geniş tədbirlər planı hazırlanmış və yerinə yetirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında 44 müşavirə və iclas keçirilmiş, Şuranın 22 iclasında 36 məsələ müzakirə edilmişdir.
2014-cü ildə rayon əhalisinin sayı 2556 nəfər artaraq 206 min 500 nəfər olmuşdur.
Rayonda 1487 nigah, 196 boşanma halı qeydə alınmışdır. Əvvəlki ilə nisbətən nigahların sayı 339 ədəd azalmış, boşanmaların sayı isə 27 ədəd artmışdır. İl ərzində 3877 nəfər doğulmuş, 1301 nəfər vəfat etmişdir.
Azərbaycan Respublikası regionlarının (2014-2018-ci illər) sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 20 tədbirdən 17-nin icrasına başlanılmışdır.
2014-cü ildə rayonda 516 milyon 790 min manatlıq ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2503 manat təşkil etmişdir.
Sənaye müəssisələrində 18 milyon 169 min manatlıq (əvvəlki ildəkindən 1,3% çox), kənd təsərrüfatında 260 milyon manatlıq (əvvəlki ildəkindən 3,1 faiz çox) məhsul buraxılmış, pullu xidmətlərin həcmi 7,5 faiz artaraq 74 milyon 950 min manat, əmtəə dövriyyəsinin həcmi 9,7 faiz artaraq 277 milyon 746 min manat olmuşdur.
Əsas kapitala 160 milyon 370 min manat investisiya yönəldilmişdir. İl ərzində investisiya qoyuluşunun 137 milyon 957 min manatı tikinti quraşdırma işlərinə ayrılmışdır.
Hesabat dövründə rayon üzrə ümumi sahəsi 62810 kvadrat metr, ümumi dəyəri 33 milyon 775 min manat olan 620 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq Şəmkir rayonunda quruculuq-abadlıq işləri davam etdirilmişdir.
Şəmkir şəhərinin mərkəzində Şəhidlər xiyabanı yenidən qurulmuş və abad­laş­dırılmışdır.
Hərbi şəhərcikdə xeyir-şər evi tikilmiş, 9 ədəd yüksək mərtəbəli yaşa­yış bina­ları əsas­­lı təmir edilmiş, elektrik, qaz, su, kanalizasiya və rabitə xət­lə­ri yenidən qurulmuş, istilik sistemi ye­ni­si ilə əvəz olunmuşdur.
Şəmkir şəhərinin Rüstəm Əliyev, Şəmkir, Rövşən Rəhimov, Əhməd Cavad küçə­lərin­də abadlaşdırma işləri aparılmış, asfalt örtüyü salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 iyun 2014-cü il tarixli 553 nömrəli sərəncamına uyğun olaraq uzunluğu 31 km olan Şəmkir-Ye­ni Göyçə-Dağ Cəyir avto­mobil yolunun 6,77 km hissəsində tikinti işləri başa çatdırılmışdır.
Sabirkənd kəndi ərazisində kənd bələdiyyəsinin nəzdində 21 hektar sahədə respublikamızda ilk dəfə olan tikinti materialları bazarı yaradılmışdır.
2015-ci ildə Şəmkir rayonunda daha əhəmiyyətli Sosial layihələrin icrası nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 424s nömrəli sərəncamı ilə Şəmkir-Ye­ni Göyçə-Dağ Cəyir avto­mobil yolunun yenidən qurulması məqsədilə 5 (beş) milyon manat, Şəmkir şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasına tikinti məqsədilə 300 min manat vəsait ayrılmışdır. Hazırda hər iki obyektin tikintisi ilə bağlı tədbirlər görülür.
2014-cü ildə 3536 iş yeri açılmışdır ki, bunun da 863-ü daimi iş yeri olmuşdur.
Rayonun 2014-cü il üçün yerli gəlir və xərcləri 40 milyon 939 min manat proqnozlaşdırılmışdır. Yerli gəlirlər 10 milyon 588 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 30 milyon 351 min manat nəzərdə tutulsa da, yerli büdcənin proqnoz tapşırığı 40 milyon 939 min manata qarşı 43 milyon 733,9 min manat və ya 106,8 faiz icra edilmişdir.
Dövlət büdcəsinin vəsaitlərinin təyinatı üzrə xərclənməsi məsələsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüşdür. Son illər ilk dəfə olaraq 2014-cü ilin dördüncü rübünün büdcə vəsaitləri büdcədən maliyyələşdirilən təşkilatların və maliyyə qurumlarının iştirakı ilə aşkarlıq şəraitində müzakirə edilərək rayon üçün əhəmiyyət kəsb edən qərarlar qəbul edilmişdir.
Hazırda 2015-ci ilin büdcə vəsaitlərinin proqnozlaşdırılması və təyinatı üzrə xərclənməsi istiqamətində tədbirlər görülür.
Dövlət Sığorta Kommersiya şirkətinin Şəmkir rayon filialı tərəfindən 150 min manat plan tapşırığına qarşı 130.7 min manat tədiyyə toplanılmış və plana 87.1 faiz əməl edilmişdir. Göründüyü kimi rayonda sığorta işinin vəziyyəti yaxşı deyildir. Əhali arasında maarifləndirmə işi aşağı səviyyədə təşkil olunduğundan vətəndaşlar yanğın, qəza və digər hallarda əmlaklarına dəyən zərərin ödənilməsində çətinliklə üzləşməli olurlar. Ona görə də rayon ərazisində fəaliyyət göstərən bütün qurumlar sığorta işinin təşkilinə yaxından köməklik göstərməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Rayon üzrə 165 min 631 hektar torpaq sahəsi vardır. Bundan 43 min 525 hektarı dövlət mülkiyyətində, 73 min 240 hektarı bələdiyyə mülkiyyətində, 48 min 866 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
2014-cü ildə 18 min 576 hektar sahədə taxıl əkilmişdir. Əkilmiş sahələrdən 54 min 871 ton məhsul əldə olunmuşdur. Hər hektardan məhsuldarlıq 29,5 sentner təşkil etmişdir.
Taxıl biçini optimal müddətdə itkisiz başa çatdırılmışdır.
2015-ci ilin məhsulu üçün 15 min 203 hektar sahədə taxıl səpilmişdir.
Rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunmuşdur.
Belə ki, 2014-cü ildə 6406 hektar kartof sahəsindən 108 min 447 ton kartof, 6163 hektar tərəvəz sahəsindən 122 min 082 ton tərəvəz, 256 hektar bostan sahəsindən 5752 ton bostan məhsulları, 917 hektar günəbaxan sahəsindən 1541 ton günəbaxan, 60 min 116 ton meyvə istehsal olunmuşdur. 
2014-cü ilin yay aylarında havaların quraq keçməsilə əlaqədar əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün bütün zəruri tədbirlər görülmüşdür. Bu işdə Şəmkir rayonunda fəaliyyət göstərən Şəmkir suvarma sistemləri, Şəmkir maşın kanal və subartezian quyularının istismarı idarəsinin kollektivlərinin böyük əməyi olmuşdur.
Hazırda rayonun Zəyəm qəsəbə, Zəyəm Cırdaxan, Düyərli, Sabirkənd və Bayramlı kəndlərinin suya olan ehtiyaclarını ödəmək məqsədilə Zəyəm çayından 850 mm-lik boru ilə su xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə ilkin razılıq əldə olunmuşdur. Yaxın vaxtlarda bu vacib layihənin də icrasına start veriləcəkdir.
Rayon Subartezian quyularının istismarı idarəsi tərəfindən 746 ədəd subartezian quyusunun normal fəaliyyəti təmin edilmişdir. 2014-cü ildə 13 ədəd subartezian quyusu qazılmışdır. Bununla da subartezian quyularının İstismarı idarəsinin balansında olan quyuların sayı 759-a çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli Sərəncamına uyğun olaraq rayonda 16 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Rayonun iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin fəaliyyəti bərpa olunmuşdur. Fabrikdə 491 min 444 baş quş saxlanılır.
Müsbət haldır ki, kənd əməkçiləri tərəfindən 1515 hektardan çox sahədə istilikxanalar tikilmiş və həmin sahədə tərəvəz məhsulları yetişdirilir.
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 8836 nəfərə 1 milyon 143 min 636 manat, buğda istehsalçılarının maddi marağını artırmaq mədsədilə 1459 nəfər kənd təsərrüfatı istehsalçısına 233 min 142 manat yardım verilmişdir. İki nəfər buğda toxumu istehsalçısına 29 min manat yardım verilmişdir.
Mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına görə 924 nəfərə 280 min 882 manat dövlət büdcəsinin vəsaiti hesabına gübrə satılmışdır.
Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına hər həftə 90-100 ton olmaqla il ərzində 4250  ton müxtəlif növ kənd təsərrüfatı məhsulları  göndərilmişdir.
Bildiyiniz kimi Şəmkir rayonu vaxtilə respublikamızın üçümçülük rayonlarından biri olmuşdur. Hazırda rayonda 537 hektar üzüm bağı vardır.
2014-cü ildə üzüm sahələrindən 21 min 964 ton məhsul toplanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2011-ci il tarixli “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair "Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq üzümçülüyün inkişaf etdirilməsi üçün rayonda zəruri tədbirlər  görülür.
Heyvandarlığın inkişafı, bu sahənin problemləri daim diqqət mərkəzində saxlanılmışdır.
İri buynuzlu mal-qaranın sayı 61053 başa, qoyun və keçilərin sayı 288 min 375 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qaranın sayı 60 baş, qoyun və keçilərin sayı 2967 baş artmışdır.
2014-cü ildə 10363 ton ət (diri çəkidə), 51 min 454 ton süd, 479 ton yun, 135 milyon 740 min ədəd yumurta istehsal olunmuşdur.
Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 5.9 faiz, süd istehsalı 5.5 faiz, yun istehsalı 0.7 faiz, yumurta istehsalı 33.1 faiz artmışdır.
Hazırda rayonun Ceyrançöl ərazisində 8 min hektar sahədə iri kənd təsərrüfatı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır.
Rayonun Baytarlıq idarəsi tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir.
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrə maddi dəstəyin göstərilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.
“Ünvanlı Dövlət Sosial yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq rayon ərazisində yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 2260 ailənin 10 min 817 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
Bundan başqa Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 4.6.8-ci bəndinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2014-cü il tarixli, 208 nömrəli Sərəncamı ilə ailə başçısını itirmiş və aztəminatlı ailələrin bir qrupuna Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 26 min 265 nəfər əmək pensiyaçılarına xidmət göstərilmiş, 1172 nəfərə əmək pensiyası təyin olunmuşdur.
İdarə tərəfindən 8 milyon 438,7 min manat məcburi dövlət sosial sığorta haqqı toplanmış və proqnoz tapşırığa 92.8 faiz əməl edilmişdir. 
Rayon ərazisində bütün növ pensiya və müavinətlərin verilməsi plastik kartlar vasitəsi ilə təmin olunmuşdur. 
Bununla yanaşı pensiyaçılara xidmət göstərən Beynəlxalq bankın bankomatlarının azlığı ciddi narahatlıq doğurur. Belə ki, Beynəlxalq bankın rayonda quraşdırılmış 10 ədəd bankomatının olması tələbatı ödəmir.
Çox vaxt bankomatlar fasilələrlə işləyir, istirahət və bayram günlərində isə fəaliyyət göstərmir. Belə hal pensiyaçıların haqlı narazılığına səbəb olur. Yerlərdə keçirilən səyyar qəbullarda və Rayon İcra Hakimiyyətinə göndərdikləri müraciətlərində vətəndaşlar bankomat probleminin həlli ilə bağlı tədbirlər görülməsini xahiş edirlər.
Belə vəziyyətin dözülməzliyi nəzərə alınaraq əhalinin sıx məskunlaşdığı Dəllər Cəyir, Zəyəm Cırdaxan, Şiştəpə, Çənlibel, Keçili, Könüllü, Düyərli kəndlərində və Dəllər qəsəbəsində bankomat quraşdırılması haqqında Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən mərkəzi orqanlar qarşısında məsələ qaldırılmışdır.
­­­­­­­­­­­­­­­­­­­­Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-ci illər) uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.
İl ərzində iş axtaran vətəndaşlardan 312 nəfəri qeydiyyata götürülmüşdür.
Şəmkir rayon Məşğulluq Mərkəzi tərəfindən Şəmkir şəhərində 2014-cü ilin 04 aprel və 26 noyabr tarixlərində əmək yarmarkası təşkil etmişdir.
Əmək yarmakalarında iştirak edən vətəndaşlardan 90 nəfəri işlə təmin olunmuşdur.
Ümumiyyətlə, Məşğulluq Mərkəzinin göndərişi əsasında 163 nəfər (ötən ildəkindən 39 nəfər çox) rayon sakini işlə təmin olunmuşdur ki, onlardan 45 nəfəri qadınlar, 36 nəfəri isə gənclərdir.
Rayon ərazisində əmək ehtiyatlarından səmərəli və düzgün istifadə olunması məqsədilə vakant iş yerləri və işləməyən əhalinin uçotunun aparılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında bir sıra tədbirlər görülmüşdür.
Rayon ərazisində fəaliyyət göstərən bütün idarə və müəssisələrdə vakant vəzifələrin siyahısı dəqiqləşdirilmiş, iş axtaran vətəndaşların müraciətləri əsasında kadr bankı yaradılmışdır.
İndiyədək Rayon İcra Hakimiyyəti başçısı aparatında 602 nəfərin adı ehtiyat kadr bankına daxil edilmiş və onlardan 51 nəfəri işlə təmin olunmuşdur.
Rayonun Səhiyyə sistemində olan acınacaqlı bir hal ciddi narahatlıq doğurur. Hazırda orta tibb heyyəti üzrə 140 vakant iş yeri olmasına baxmayaraq, işə götürmə prosedurnun qeyri-müəyyənliyi nəticəsində vakant iş yerlərinin sayı günü-gündən artır. Kadr çatışmazlığı səbəbindən əziyyət çəkən rayon səhiyyəsində isə vəziyyət günü-gündən ağırlaşır. 

2014-cü ildə rayonun avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2 milyon 290 min ton yük daşınmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Rayonda 17 min 762 ədəd minik avtomobili mövcud olmuşdur. Hazırda rayon üzrə hər 100 ailənin 38-nin şəxsi minik avtomobili vardır.
Rabitə müəssisələri tərəfindən əhaliyə 967,9 min manatlıq xidmət göstərilmişdir.
Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilmişdir.
Rayon üzrə elektriklə təchiz olunan abonentlərin sayı 46374 nəfərə çatmışdır.
İl ərzində 12,1 km uzunluğunda giriş kabel xətləri yenisi ilə əvəz edilmiş, 384 “SMART-KART” tipli, 548 ədəd elektron tipli sayğac quraşdırılmışdır.
Elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması ilə əlaqədar 57 min 750 manatlıq təmir işləri görülmüş, 406 ədəd transformatorda cari təmir işləri aparılmışdır.
Hazırda Şəmkir şəhərində və Kür qəsəbəsində elektrik verilişi xətlərində təmir-bərpa işləri davam etdirilir.
Aparılan araşdırmalardan, yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşların çoxsaylı müraciətlərindən aydın olmuşdur ki, Şəmkir rayonunun elektrik şəbəkəsində dayaqların və naqillərin əksər hissəsi istismara yararsız haldadır.
Ona görə də rayonun elektrik təsərrüfatında köklü dəyişikliklərin aparılmasına zəruri ehtiyac vardır.
Rayon üzrə əhali tərəfindən 2014-cü ildə 103,2 milyon kilovatsaat elektrik enerjisi istehlak olunmuş və dəyəri 100 faiz ödənilmişdir.
Azərbaycanın energetika sistemində layiqincə təmsil olunan Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətinə istehsal gücü 380 meqavat olan Şəmkir SES və istehsal gücü 150 meqavat olan Yenikənd SES daxildir.
2014-cü ildə Şəmkir SES silsiləsi üzrə planda nəzərdə tutulmuş 750,8 milyon kilovatsaat elektrik enerjisi əvəzinə 770,9 milyon kilovatsaat elektrik enerjisi istehsal olunaraq tapşırığa 102,7 % əməl edilmişdir.  
Hesabat dövründə əhalinin qaz təchizatı ilə bağlı bir sıra işlər görülmüşdür.
Rayonda 1 şəhər, 4 qəsəbə və 41 kənd yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. Şəmkir şəhərinin hərbi şəhərcik yaşayış sahəsində, Rüstəm Əliyev, Şəmkir, Cəlil Məmmədquluzadə, Rövşən Rəhimov, Aşıq Hüseyn, Məşədi Əzizbəyov, Məmməd əmin Rəsulzadə və Tofiq İsmayılov küçələrində qaz xətləri rekonstruksiya olunmuş və həmin ərazilərdə yerləşən mənzillərdə “SMART-KART” tipli qaz saygaclarının sayı 2346-ya çatdırılmışdır.
Rayonun Bayramlı, Muxtariyyat və Qaralar kəndlərinin qaz təchizatı ilə bağlı işlərin sürətləndirilməsi haqqında “Azəriqaz” istehsalat birliyi qarşısında məsələ qaldırılmışdır. Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri 100 % ödənilmişdir.    
Əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı bir sıra işlər görülmüşdür. Şəmkir şəhərində, Dəllər, Zəyəm, Kür və Çinarlı qəsəbələrində, Təzəkənd, İrmaşlı və Tatar kəndlərində su xətləri təmir olunmuş, Ələsgərli kəndinin mərkəzləşdirilmiş su xətti bərpa olunmuşdur. İl ərzində Su Kanal İdarəsinin balansında olan 22 subartezian quyusunun su nasosu təmir olunmuş, 12 subartezian quyusuna yeni su nasosları quraşdırılmışdır. Şəmkir Su Kanal İdarəsi tərəfindən rayon üzrə 1.412.521 kubmetr  su satışından 627960 manat vəsait toplanılaraq tapşırığa 102.2 faiz əməl edilmişdir.      
26 sentyabr 2014-cü il tarixdə Yaponiya səfirliyi ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq rayonun Çənlibel, Qasımalılar və Göyməmmədli kəndlərinin su təchizatı sisteminin tikintisi layihəsi başa çatdırılmışdır.
Bütün sahələrdə olduğu kimi təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Şəmkir rayonunun təhsil müəssisələrində 30 min 419 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3374 nəfər müəllim məşğul olmuşdur.
Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan vermişdir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 64-ü yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 25 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
Təhsil Nazirliyi tərəfindən Şəmkir şəhərində Nizami Gəncəvi adına tam orta məktəbin 640 yerlik yeni binasının tikintisinə başlanılmışdır.
2013-2014-cü dərs ilinin yekununa görə rayonun ümumtəhsil məktəblərinin IX sinfini  bitirmiş 2670 nəfər şagird şəhadətnamə, XI sinfi bitirmiş 2145 nəfər şagird attestat almışlar.
Orta məktəb məzunlarından 1495 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər. Ali məktəblərə qəbul üçün sənəd vermiş məzunlardan 542 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Onlardan 15 nəfəri 600 dən çox, 55 nəfəri isə 500 dən çox bal toplamışlar.
Rayon İcra Hakimiyyəti olaraq, təhsil sahəsində olan bir sıra nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün ardıcıl iş aparılmışdır. 
2014-cü ilin dördüncü rübündə təhsil işçiləri ilə bir neçə dəfə görüşlər keçirilmiş, mövcud vəziyyət ətraflı təhlil edilirək nöqsanların aradan qaldırılma­sı üçün Rayon Təhsil şöbəsinin rəhbərliyinə və məktəb direktorlarına müvafiq tapşırıqlar verilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnolo­gi­ya­larının təminatı ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuş və icrasına başlanmışdır. Cari ildə rayonun bütün məktəblərinin müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıq­­ları ilə təminatı nəzərdə tutulmuşdur.
Təhsil sahəsində müasir metod və üsulların tətbiqini həyata keçirmək məqsədilə rayonda bacarıqlı və intellektual biliklərə malik gənclərdən “Gənc müəllimlər birliyi” təsis edilmişdir. Biz inanırıq ki, Şəmkirin gənc müəllimləri rayon təhsilinin inkişafında öz bilik və bacarıqlarını layiqincə göstərəcəklər.
Bu gün rayonun təhsil işçiləri qarşısında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulmuş mühüm vəzifələrin icrası durur.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların ərzaq və inventarla təmin edilməsi məsələsi daima diqqət mərkəzində saxlanılmışdır. Qısa müddət ərzində rayonda yerləşən körpələr evi – uşaq bağçalarının mövcud durumu araşdırılmış,  onların ərzaq təminatında və uşaqlara yeməklərin verilməsi işində xoşagəlməz halların olduğu müəyyənləşmişdir. Belə vəziyyətin yolverilməzliyi nəzərə alınaraq, körpələr evi – uşaq bağçalarının ərzaq təminatının bir mərkəzdən idarə olunması, ərzağın saxlanması üçün avadanlıqlarla təmin olunma məsələləri qaydaya salınmışdır. Hazırda bütün körpələr evi – uşaq bağçalarında isti yeməklər verilir. Bu sahədə işlər Rayon İcra Hakimiyyəti başçısının nəzarətində saxlanılır.  
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stamotoloji poliklinika, Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
Səhiyyə müəssisələrində  385 həkim, 1137 nəfər orta  tibb işçisi çalışır.
Rayonun səhiyyə müəssisələrində 1459 nəfər xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır.
Tibb müəssisələrində 3000 nəfərə yaxın uşaq doğulmuşdur, bir yaşa qədər uşaqlar arasında 3 ölüm hadisəsi qeydə alınmışdır. Ana ölümü hadisəsi olmamışdır.
Müxtəlif ixtisaslar üzrə 44 nəfər həkim, 134 nəfər orta tibb işçisi Bakı şəhərində ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasının tikintisi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Xəstəxana Kompleksinin tikintisi ilə bağlı Şəmkir şəhəri ərazisində torpaq sahəsi ayrılmışdır. Yaxın günlərdə Xəstəxana Kompleksinin tikintisinə başlanılacaqdır.
2014-cü ilin may ayının 26-da Yaponiya səfirliyinin qrantı hesabına Sabirkənd kəndində 12 otaqdan ibarət tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Hazırda Kür qəsəbə xəstəxanasında əsaslı təmir işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şəmkir rayonunda əhalinin tibbi müayinəsini mütəşəkkil qaydada keçirilməsini təmin etmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 10 fevral 2014-cü il tarixli 26 nömrəli sərəncamı ilə tərkibi 15 nəfərdən ibarət olmaqla komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək yaşı 18-dən yuxarı 129 min 848 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçən vətəndaşlardan 963 nəfəri stasionar müalicəyə, 10 min 135 nəfər ambulator müalicəyə cəlb olunmuş, 111 nəfər müayinə və müalicə üçün Gəncə və Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. 
Tibbi müayinəni yüksək səviyyədə təşkil etdiklərinə görə 9 nəfər Şəmkir Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
2015-ci ilin 03 fevral tarixində Şəmkir rayonunun səhiyyə müəssisələrində əhalinin yenidən tibbi müayinəsinə başlanılmışdır.
Gənc həkimlərdən ibarət “Gənc həkimlər birliyi” təsis edilmiş və birlik üzvlərinin iştirakı ilə rayonun Mahmudlu və Qapanlı kəndlərində əhalinin pulsuz tibbi müayinəsi təşkil edilmişdir. Səhiyyə sahəsində olan mövcud durum daima Rayon İcra Hakimiyyəti başçısının nəzarətində saxlanılır.
Rayonun Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırıl­ması diqqət mərkəzində saxlanılmışdır. 
Şəmkir rayon Mədəniyyət və Turizim şöbəsi tərəfindən rayonda həyata keçirilən mədəni kütləvi tədbirlərin keyfiyyəti yaxşılaşmışdır.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Mərkəzdə Ümummilli  Liderin  irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçirillməsi ənənə şəklini almışdır.
2014-cü ilin oktyabr ayının 22-də Şəmkir şəhərində daha bir mühüm tədbir olan Azər­baycan və Litva arasında Hökumətlərarası Komissiyanın 4-cü iclası da məhz Heydər Əliyev mərkəzində keçirilmişdir.
Heydər Əliyev Mərkəzində xüsusi proqram əsasında müasir Azərbaycan tarixi ilə bağlı qabaqcıl müəllimlərdən ibarət qrup yaradılmış və təlim prosesi uğurla həyata keçirilmişdir. Müasir Azərbaycan tarixi dərslərinin tədrisində səmərəli fəaliyyətlərinə görə rayonun 5 nəfər qabaqcıl tarix müəllimi Şəmkir Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.
Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf  və Yaradıcılıq Mərkəzi rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsində və onların yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rayon məktəbləri arasında rəsm, əl işləri və heykəltaraşlıq eksponatlarından ibarət sərgilər, məşhur yazıçı və şairlərin kitablarının təqdimatları, intellektual oyunlar və digər tədbirlər keçirilmişdir. Mərkəzdə kompyuter, şahmat, rəsm və təsviri incəsənət, dekorativ tətbiqi sənət, ingilis, alman, rus dilləri üzrə kurslar fəaliyyət göstərir.
Hər həftənin bazar günləri “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində respublikanın ali məktəblərinin tələbələrinin iştirakı ilə “parlaq zəka” intellektual oyunu keçirilir.
Həmin  oyun “AZ TV 1” televiziya kanalında nümayiş etdirilir.
Rayon gəncləri boş vaxtlarının əksər hissəsini Şəmkir Olimpiya idman kompleksində keçirməklə idmanın sərbəst güləş, karate, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyəm ki, son vaxtlar rayonda gənclərin idmanın sərbəst güləş növünə olan marağı xeyli artmışdır. Şəmkir şəhərində yerləşən güləş məktəbində gündəlik 270 nəfərədək yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
Şəmkir şəhərində aprel ayının 19-dan 30-dək olan müddətdə məşhur Azərbaycan şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri yüksək səviyyədə təşkil olunmuşdur. Həmin turnirin keçirildiyi dövrdə Şəmkir rayonunun son illər qazandığı naliyyətlər beynəlxalq və respublika səviyyəsində geniş təbliğ edilmişdir.
Rayonda Dövlət Gənclər siyasətinin həyata keçirilməsində bir sıra uğurların əldə olunmasına baxmayaraq, bütövlükdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti qənaətbəxş olmamışdur.
İdarə gənclərlə bağlı həyata keçirilən tədbirlərdə öndə olmaq əvəzinə baş verən proseslərdən geridə qalmaqla öz işini müasir tələblər səviyyəsində qura bilməmişdir.
Elə buna görə də idarənin fəaliyyəti Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 19 yanvar 2015-ci il tarixli iclasında ətraflı müzakirə edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada müzakirələr zamanı rayon gənclər və idman idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və idarənin rəhbərliyinin daha perspektivli, bacarıqlı kadrla əvəz olunması barədə tövsiyə xarakterli qərar qəbul etmişdir.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmış və bütün çağırışlar rayon rəhbərliyinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önündə təntənəli şəkildə təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna rayon isra hakimiyyətinin struktur bölmələri, bələdiyyələr və sahibkarlar tərəfindən il ərzində 20 min 388 manat vəsait köçürülmüşdür.
Rayonda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması işinin yaxşılaşdırılması məqsədilə qabaqlayıcı-profilaktiki, əməliyyat-axtarış və istintaq tədbirlərinin səmərəliliyin artırılması məqsədilə hüquq-mühafizə orqanlarının fəaliyyəti nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə rayon üzrə 313 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əvvəlki ildəkindən 14 fakt artıqdır.
Cinayət hadisələrindən 279-nun (91,8 %) üstü açılmış, 34-ü isə bağlı qalmışdır.
Rayon ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 38 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 20 fakt üzrə məhkəmənin hökmü ilə müxtəlif cəza tədbirləri tətbiq edilmiş, 18 fakt üzrə isə hüquq pozuntusu törətmiş yeniyetmələr profilaktiki qeydiyyata götürülmüşdür.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmişdir. Narkotiklərlə bağlı 19 cinayət hadisəsi qeydə alınmışdır. 2014-cü ildə rayon üzrə rəsmi qeydiyyata götürülən narkomanların sayı 141 nəfər olmuşdur. Qeydiyyata götürülən narkomanların əksəriyyəti Şəmkir şəhərində (48 nəfər), Çinarlı qəsəbəsində (12 nəfər), Kür qəsəbəsində (10 nəfər), Şiştəpə kəndində (9 nəfər), Dəllər qəsəbəsində (8 nəfər), Təzəkənd kəndində (7 nəfər), Dəllər Cəyir və Qaracəmirli kəndlərində (hər birində 6 nəfər) yaşayır.
Narahatlıq doğuran hal odur ki, narkomanların əksəriyyətinin yaşı 20-30 yaş arasında olan gənclərdir.
Belə bir vəziyyətin yolverilməzliyi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 19 yanvar 2015-ci il tarixli iclasında ətraflı müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq korrupsiyaya qarşı mübarizə rayon icra hakimiyyətinin daimi nəzarətində olmuşdur.

Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının yeni tərkibi təsdiq edilmişdir.
Rayonda dini durum sabit olaraq  qalmış,  dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə  digər qəzet və jurnallara abunə yazılışı  diqqət mərkəzində  saxlanılmışdır.
“Şəmkir” qəzetinin  ayda iki dəfə çıxması təmin edilmişdir. 
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon Təşkilatının birgə fəaliyyəti rayonda ictimai-siyasi duruma öz müsbət təsirini göstərmişdir. Sıralarında 10893 nəfər partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatı rayonun ictimai-siyasi həyatında aparıcı bir qüvvəyə çevrilmişdir.
Rayonda fəaliyyət göstərən digər siyasi partiyaların (Müsavat (31 nəfər), Sosial Rifah (108 nəfər), Ana Vətən (56 nəfər), Azərbaycan Milli İstiqlal 9 nəfər) da fəaliyyəti üçün normal şərait yaradılmışdır. Rayonda hesabat dövründə 21 qeyri-hökumət təşkilatı fəlaiyyət göstərmişdir. 
Rayonda bələdiyyələrin işinin istiqamətləndirilməsi, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi problemlərinin həllində yerli icra nümayəndələri ilə birgə fəaliyyətlərinin təmin edilməsi sahəsində işlər davam etdirilmişdir.
Bir sıra bələdiyyələr öz ərazilərinin sosial problemlərinin həllində fəallıq göstərirlər.
Rayon bələdiyələri tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 2014-cü ilin oktyabr ayının 13-18 tarixlərində keçirilmiş tədbirlərdə  280 görüş keçirilmişdir. Görüşlərdə 20828 nəfər iştirak etmiş və 1489 nəfər vətəndaş qəbul edilmişdir. Keçiriləcək tədbirlərdən bələdiyyələr tərəfindən 2014-cü ildə həyata keçirilmiş layihələr barədə hesabat verilmiş və “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində 2015-ci ildə həyata keçirəcəkləri layihələri müəyyənləşdirmişlər.  

Sabirkənd, Yeni Göyçə, Keçili, Qasım İsmayılov, Könüllü, Düyərli, Şiştəpə bələdiyyələri əhalinin sosial problemlərinin həllində xeyli iş görmüşlər.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında bələdiyyə institutlarının formalaşdırılması, əhalinin sosial problemlərinin həllində bələdiyyələrin rolunun artırılması ilə bağlı tədbirlər görülür. Bu məqsədlə hər bir bələdiyyənin nəzdində kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və satışı məsələlərini tənzimləyən bir qurumun - MMC-in yaradılmasına başlanılmışdır. Hazırda rayonun 25 bələdiyyəsində MMC təsis olunmuşdur. Yaradılan MMC-in maliyyə təminatını yaxşılaşdırmaq üçün rayonda bank olmayan kredit ittifaqının yaradılması üzrə iş aparılır.    

 

Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının fəaliyyətinin mühüm hissəsini rayonda 2014-cü ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərinə hazırlıq işləri təşkil etmişdir. Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar bütün tədbirlər Azərbaycan Respublikasının seçki məcəlləsinin müddəalarına və digər normativ hüquqi sənədlərə uyğun olaraq təşkil edilmişdir.
Bələdiyyə seçkiləri ilə əlaqədar rayonda 3 dairə və 107 məntəqə seçki komissiyası təşkil olunmuşdur. Dairə və məntəqə seçki komissiyaları bütün növ avadanlıq və zəruri vasitələrlə vaxtında təmin edilmişdir.
Rayonda seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə  Rayon  Icra  Hakimiyyəti Başçısı Aparatında geniş tədbirlər planı təsdiq edilmiş, bütün namizədlərin öz seçiciləri ilə görüş yerləri müəyyənləşdirilmişdir.
Bələdiyyə üzvülüyünə namizədlərin seçkiqabağı təbliğat kompaniyası dövründə heç bir ayrıseçkiliyə yol verilməmiş, namizədlərin hər birinə eyni qayda da şərait yaradılmışdır. 2014-cü ilin 23 dekabr tarixində keçirilən seçkidə 42 bələdiyyə üzrə 400 bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə üzvülərindən 189 nəfərini qadınlar, 156 nəfərini isə gənclər təşkil edir. Bələdiyyə sədrlərinin 27 nəfəri və ya 64,3 faizi həmin vəzifəyə ilk dəfə seçilmişlər. Bələdiyyə sədrlərinin 15 nəfəri qadın, 15 nəfəri isə gənclərdir.      
Bələdiyyə seçkiləri ilə əlaqədar rayonda heç bir qanun pozuntusuna yol verilməmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və ərazi nümayəndəliklərində idarəetmənin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət idarəçiliyində müasir iş üslubu və metodlarından istifadə edilməklə bu sahədə olan nöqsanların aradan qaldırılmasına nail olunmuşdur.
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qurması üçün onlara metodiki köməkliklər göstərilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan 24 nəfər dövlət qulluqçusu tutduğu vəzifədən azad edilmiş və onların yerinə ali təhsilli gənc kadrlar təyin edilmişdir. Bundan başqa fəaliyyətlərində nöqsanlara yol verdiklərinə görə 10 nəfər dövlət qulluqçusu haqqında intizam tənbehi tətbiq edilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətində 2014-cü il ərzində, vətəndaşları narahat edən problemlərin öyrənilməsi, onların Konstitusiya hüquqlarının qorunması, şəffaflıq və sosial ədalət prinsiplərinin təmin olunması istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Vətəndaş müraciətləri dövlətin idarə olunmasında, cəmiyyətin problemlərinin vax­tın­da aş­ka­ra çıxarılmasında, insanların qayğı və istəklərinin, onları narahat edən məsə­lələrin həllində mühüm rol oynayır.
2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatına 1769 ədəd (2013-cü ildə­­kin­dən 297 ədəd az) müraciət, o cümlədən 1033 ədəd ərizə, 729 ədəd şikayət və 7 ədəd təklif daxil olmuşdur.
Daxil olan müraciətlərdən 1097 ədədi mərkəzi dövlət orqanlarından, o cüm­lədən 707 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 55 ədədi Milli Məclisdən, 37 ədədi Nazirlər Kabinetindən, 298 ədədi isə respublikanın digər təş­kilat­larından daxil olmuşdur. Vətən­daş­lar­dan bilavasitə rayon icra haki­miyyətinə 672 ədəd müra­ciət gön­dəril­mişdir.
Görülmüş məqsədyönlü tədbirlər nəticəsində əvvəlki ilə nisbətən döv­lət orqan­ların­dan rayon icra hakimiyyətinə daxil olan müraciətlərin sayı 385 ədəd, o cüm­lədən Prezident Admi­nistrasiyasından daxil olan müra­ciət­lərin sayı 289 ədəd, res­publikanın digər təş­kilat­la­rından daxil olan müraciətlərin sayı 58 ədəd azalmışdır.
2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan müraciət­lərin əksəriyyətini, torpaq (417 ədəd), mənzil (382 ədəd), əmək və əha­li­nin sosial müda­fiəsi mə­sə­lələri (301 ədəd), sahibkarlığın inkişafına dair (297 ədəd) məsələlər təşkil et­miş­dir.
Bələdiyyələrin fəaliyyətinə dair 113 ədəd şikayət xarakterli müraciət daxil olmuşdur.
Müraciətlərin 523 ədədi müsbət, 76 ədədi qismən həll edilmiş, 942 müraciətə müvafiq iza­hat verilmiş, 155 müraciət əsassız sayılmış, 34 ədədi aidiyyatı üzrə göndərilmiş, 12 müra­­ciə­tin icrası nəzərdə tutulmuşdur.
Vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip onlarda qaldırılmış problem­lərin yaranma səbəblərinin, bu sahədə nəzərə çarpan nöqsan­ların aradan qaldırılması, aşkarlığın və obyektivliyin ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Aparılan təhlil göstərir ki, 2014-cü il ərzində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı apa­ratına daxil olan müraciətlərin sayı əvvəlki ilə nis­bətən azal­sa da özəl­ləş­dirmə məsə­lələri (137 ədəd), torpaq (15 ədəd) ədliyyə işçilərinin fəaliyyəti ilə bağlı (14 ədəd), iş tələbinə (73 ədəd) dair müra­ciət­lərin sayı artmışdır.  
Vətəndaşlar yerlərdə, ayrı-ayrı idarə və təşkilatlarda la­qe­yd­lik və etinasızlıqla qarşı­laş­­dıq­larına, tələblərinin qanunauyğun olub-ol­ma­­dığı haqqında lazımi izahat ala bilmə­diklərinə və müxtəlif bürokratik maneələrə rast gəldiklərinə görə mərkəzi dövlət orqanlarına müraciət etməli olurlar.
2014-cü ildə mərkəzi orqanlara daha çox müraciət Şəmkir şəhərindən (367 ədəd), Kür (61 ədəd), Dəllər (33 ədəd) qəsəbələrindən, Qapanlı (63 ədəd), Qaracəmirli (57 ədəd), Keçili (40 ədəd), Aşağı Seyfəli (39 ədəd), Təzəkənd (31 ədəd), Dəllər Cəyir (36 ədəd), Könüllü (29 ədəd), Çənlibel (26 ədəd), Yeni Həyat (20 ədəd), Düyərli (22 ədəd) kənd­lərindən göndərilmişdir.
Qeyd etmək lazımdır ki, əksər nümayəndəliklərdən mərkəzi dövlət orqanla­rına gön­də­rilən müraciətlərin sayı azalsa da, Qapanlı (23 ədəd) və Dəllər Cəyir (4 ədəd) kənd­lərin­dən gön­də­rilən müraciətlərin sayı artmışdır.
Vətəndaşlar tərəfindən şikayətlər mərkəzi dövlət orqanlarına daha çox Şəm­kir, Keçili, Qara­cəmirli, Qapanlı, Aşağı Seyfəli, Təzəkənd, Dəllər Cəyir və Yeni Hə­yat bələdiyyələrinin fəa­liyyəti haqqında olmuşdur.
Həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin əvvəlki rəh­bərliyinin, 29 saylı tibbi sosial ekspert komissiyasının və Daşınmaz Əm­la­kın Dövlət Reyestri Xidmətinin 11 saylı ərazi idarəsinin fəaliyyəti ilə bağlı şika­yət­­lərin sayı artmışdır.
Hesabat dövründə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı tərə­fin­dən 2035 vətən­daş qəbul edilmişdir ki, bu da ötən ildəkindən 620 nəfər çox­dur.
Vətəndaşlardan 1644 nəfəri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı apa­ra­tında, 391 nəfəri isə yerlərdə keçirilən görüşlərdə qəbul edilmişdir.
Vətəndaşlar tərəfindən qəbulda daha çox torpaq (556 ədəd, 33,82%), iş (251 ədəd 15,26%), mənzil (221 ədəd 13,44%), elektrik, qaz və su təchizatı (216 ədəd 13,13%) məsə­lələ­rinə dair müraciətlər edilmişdir.
Birdəfəlik maddi yardım göstərilməsi ilə bağlı 126 təhsil məsələləri üzrə 22, səhiyyə məsələsi üzrə 34, polis və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı 15 müraciət olmuşdur.
İl ərzində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna daha çox Şəmkir şəhərindən (681 nəfər), Kür (88 nəfər), Dəllər (69 nəfər), Çinarlı (25 nəfər), Zəyəm (24 nəfər) qəsəbələrindən; Təzəkənd (75 nəfər), Qaracəmirli (44 nəfər), Aşağı Seyfəli (41 nəfər), Çənlibel (40 nəfər), Yuxarı Seyfəli (36 nəfər), Dəllər Cəyir (34 nəfər), Zəyəm Cırdaxan (34 nəfər), Qapanlı (32 nəfər), Muxtariyyat (30 nəfər), Dəllər Cırdaxan (30 nəfər), Keçili (27 nəfər), Yeni Həyat (26 nəfər), Düyərli (26 nəfər) kəndlərindən vətəndaş müraciət etmişdir. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 335-i müs­bət həll edilmiş, 958-nə müvafiq izahat verilmiş, 314-ü əsassız sa­yıl­mış, 37 müraciətin icrası ilə bağlı təd­bir­lər görülür.
2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 54 Səyyar qəbul keçirilmişdir. Qəbullar zamanı 7230 nəfər iştirak etmiş və vətəndaşlar tərəfindən 391 təklif irəli sürülmüşdür. Səyyar qə­bul­lar­da vətəndaşlar daha çox torpaq, su, yol və elektrik xətlərinin təmiri məsə­lə­lə­rinin həll edilməsini xa­hiş etmişlər.
Aparılan təhlil göstərir ki, vətəndaşlar tərəfindən və dövlət orqan­la­rından Şəm­kir Ra­yon İcra Hakimiyyətinə göndərilən və ya qəbul zamanı edilən müra­ciət­lərin sayında torpaq mə­sələsi xüsusi yer tutur.
Belə ki, il ərzində Şəmkir Rayon İcra Hakimiyyətinə daxil olan və ya qəbul zamanı və­tən­­daşlar tərəfindən qaldırılan 3784 müraciətdən 1023-nü və ya 27 faizini torpaq məsə­ləsi təşkil etmişdir.
Topraq islahatı aparılan zaman aidiyyatı dövlət orqanlarının məsuliyyətsizliyi səbə­bin­dən Şəmkir şəhərində, Zəyəm qəsəbəsində, Qaracəmirli, Qapanlı, Keçili, Dəllər Cəyir, Aşağı Seyfəli, Şiştəpə, Çaparlı və Düyərli kəndlərində vətəndaşların mövcud qanun­verici­li­yi tələbləri pozulmuş və vətəndaşların mənafeləri gözlə­nil­məmişdir. Həmin səbəb­dən ad­la­rı qeyd olunan yaşayış mən­təqələrindən vətən­daş­ların mərkəzi dövlət orqanlarına yazış­ma­­­ları uzun illərdir ki, davam etmək­dədir. 
Belə bir vəziyyətin yolverilməzliyi nəzərə alınaraq sənədlərə və vətəndaş­ların müra­ciət­­lərinə baxılması işinin mövcud qaydalara uyğun təşkil edil­məsi barədə Şəm­kir Rayon İcra Haki­miy­yətinin başçısının imzası ilə bütün inzibati ərazi dai­rə­lə­ri üzrə nüma­yən­də­lik­lərə 02 dekabr 2014-cü il tarixli 07/143 nömrəli məktub göndərilmişdir. Məktuba “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbay­can Respub­lika­sı­­nın Qanununun, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəs­sisələrdə vətən­daş­­ların təklif, ərizə və şikayətləri üzrə kar­güzarlığın apa­rılması qaydaları, “rayon, şəhər, şəhərlərdə Rayon İcra Haki­miy­yəti başçılarının aparatlarında sənədlərlə iş barədə” təlima­tın 16-cı böl­məsi əlavə edilmişdir.
Son vaxtlar Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon icra haki­miy­yə­ti­nin rəsmi saytının imkanları genişləndirilmiş, icra hakimiy­yə­tinin face­book səhifəsi və “57-00” qaynar xətt əlaqə telefonu yara­dıl­mışdır.
Vətəndaşlarla birbaşa ünsiyyət öz səmərəsini verməkdədir. Elektron qaydada daxil olan bü­tün müraciətlər dərhal qeydiyyata alınaraq, qaldırılan məsələ ilə əla­qədar müvafiq tədbirlər görülür.
Vətəndaşların müraciətlərinə baxılması işinin vəziyyəti Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 19 yanvar 2015-ci il tarixli iclasında ətraflı müzakirə edilmişdir. Şuranın həmin qərarı bütün ərazi nümayəndəliklərinə və aidiyyatı dövlət qurumlarına göndərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında təsdiq olunmuş qrafik əsasında 48 ərazi nümayəndəliyində 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir. 
Yığıncaqlarda 233 tənqidi qeyd və təklif irəli sürülmüşdür. İrəli sürülmüş təklif və tənqidi qeydlərin bir hissəsi yerindəcə həll edilmiş, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır.

Hörmətli yığıncaq iştirakçıları!  

2015-ci ildə Şəmkir rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra mühüm layihələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonun Muxtariyyat, Bayramlı və Qaralar kəndlərinin qaz təchizatı bərpa ediləcək.
Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi, şəhərin içməli su və kanalizasiya sisteminin tikintisi davam etdiriləcəkdir.
Şəmkir şəhərində Nizami Gəncəvi adına şəhər tam orta məktəbin 640 şagird yerlik binası tikilib istifadəyə veriləcəkdir.
Şəmkir şəhərində 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik binanın və Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılacaqdır.
Kür qəsəbəsində 240 yerlik körpələr evi-uşaq bağçasının və Kür qəsəbə Xəstəxanasının əsaslı təmiri başa çatdırılacaqdır. 
Şəmkir şəhərinin daxilində binaların fəsadlarının və dam örtüklərinin dəyişdirilməsi, küçələrdən keçən arxların və bardurların yenilənməsi, küçələrə yeni asfalt beton örtüyünün salınması işləri davam etdiriləcəkdir. 

 

 
Hörmətli yığıncaq iştirakçıları!

 

Şəmkir rayonu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində  gündən-günə inkişaf edir, daha da abadlaşır və gözəlləşir. Şəmkirin gələcəyi daha gözəl olacaqdır.
Bu inamı bizə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu sosial-iqtisadi kursu verir.
Şəmkir Rayon İcra Hakimiyyəti  Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər görəcəklər.

Diqqətinizə görə  sağ olun!  

Keçidlər