Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə FHN işçilərinin peşə bayramı qeyd olunub

16 dekabr 2021 | 16:00

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.

Bu münasibətilə Şəmkirdə tədbir keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir DYMH-nin rəisi Vahid Həsənov və kollektivi Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad ediblər.

Daha sonra Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, həmçinin erməni terroru nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinə dərin hörmət ifadə ediblər.

RİH başçısı Rəşad Tağıyev əvvəlcə 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan bütün  işçiləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində fəaliyyət göstərdiyi müddət ərzində nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb, nailiyyətlər əldə edib.

Rəşad Tağıyev çıxışında Türkiyədə baş verən meşə yanğınları vaxtı  FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin tərkibində Şəmkir DYMH-nin əməkdaşlarının da qardaş ölkəyə dəstək olduqlarını, son günə kimi fədakarlıq göstərdiklərini vurğulayıb.

Keçidlər