Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə nümayəndə və bələdiyyələrlə seminar müşavirə keçirilmişdir.

07 fevral 2015 | 16:00

07 fevral 2015-c i il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov  rayonun nümayəndə və bələdiyyələri ilə seminar müşavirə keçirmişdi. Keçirilmiş seminar müşavirədə Şəmkir Rayon İcra Hakimiyyəti  Başçısı Aparatının məsul işçiləri, rayonun   48 İnzibati  Ərazi Dairəsi  üzrə nümayəndəliklərinin  məsul işçiləri, 42 Bələdiyyənin sədir və müavinləri,  bəzi bələdiyyələrin  tərkibində yaradılmış MMC-in  direktorları iştirak etmişlər.

Müşavirəni Şəmkir Rayon İcra Hakimiyyətinin  Başçısı  cənab Alimpaşa Məmmədov açaraq  iştirakçıları  salamlamış və yeni seçilmiş bələdiyyə sədirləri və üzvülərini təbrik etmişdir.

Sonra   Şəmkir Rayon İcra Hakimiyyətini  Başçısı Aparatında   Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Abdulla Sadıqov rayonun  inzibati ərazi darələri  üçün   hazırlanmış məktubu  oxuyaraq iştirakçıların nəzərinə çatdırmışdır.Daha sonra cari ildə  görüləcək  işlər və planlar barədə geniş müzakirələr aparılmış, bələdiyyələrin tərkibində yaradılmış MMC-in fəaliyyət planı haqqında  geniş şəkildə fikirlər söylənilmişdir.

Keçidlər