Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirib-FOTOLAR

20 noyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən müharibəsində yaralanmış şəmkirli qazilər və onların valideyinləri ilə görüş keçirib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bütün qazilərə şəfa dilənib.

RİH başçısı Rəşad Tağıyev qaziləri salamlayaraq 44 günlük Vətən müharibəsi zamanı zəfərə gedən yolda göstərdikləri şücaətlərə görə onlara minnətdarlığını bildirib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib.

İcra başçısı şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Rəşad Tağıyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Görüşdə  qazilər dinlənilib, onların sual və təklifləri nəzərə alınıb, problemlərinin həlli istiqamətdə aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər