Şriftin ölçüsü :

Saytın rəngi :

“AccessBank”ın Şəmkirdə yeni filialı fəaliyyətə başladı

19 noyabr 2021 | 16:00

“AccessBank”ın Şəmkirdə yeni filialı fəaliyyətə başladı. Bu gün bankın yeni filialının açılış mərasimi keçirilib.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, “AccessBank”ın idarə heyətinin üzvü Yevgeniya Qaşikulina və “AccessBank” QSC-nın Mikro və Agro kredit Departamentinin rəhbəri Renat Hümbətov iştirak ediblər.
Əvvəlcə Şəmkir RİH başçısı bank filialında yaradılan şəraitlə tanış edilib, bankın xidmətləri barədə məlumat verilib.

Bankın idarə heyətinin üzvü Yevgeniya Qaşikulinanın sözlərinə görə, indiyədək müştərilərə “AccessBank”ın Gəncə filialları tərəfindən xidmət göstərilib ki, bu da Şəmkirdən 39 km aralıda yerləşir: “Mən çox şadam ki, indi bank Şəmkir rayonundan olan cari və gələcək müştərilər üçün daha yaxın və daha rahatdır. Bank öz müştərilərinə göstərilən xidmətləri daim təkmilləşdirməyə çalışır”.

İcra başçısı “AccessBank” rəhbərliyini yeni filialın açılması münasibətilə təbrik edib, bank kollektivinə işlərində uğurlar arazulayıb.

Qeyd edək ki, bankın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının açılması, "Visa" plastik kartlarının rəsmiləşdirilməsi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi və kiçik, biznes və istehlak kreditlərinin verilməsi aiddir.

 

Keçidlər